ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Türkiyənin Su & Su firmasının "sənaye çirkab suların təmizlənməsi" pilot layihəsinin sınağı keçirilmişdir

      İyulun 2-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrinə nanotexnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində  Türkiyənin  Su  & Su şirkətinin "sənaye çirkab suların təmizlənməsi"  üzrə  pilot layihəsinin sınağı olmuşdur. Pilot layihənin sınağı QSC-nin  O. Vəliyev 1 ünvanda yerləşən Tullantıların  Emalı Departamentinin 6-cı sahəsində (Heydər  Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) keçirilmişdir.

      Sınaq layihəsi ilə yaxından tanış olmaq məqsədi ilə tədbirə ARDNŞ-nin, Ekologiya İdarəsinin, "Azneft" İB-nin, "Azərsu" ASC-nin, H. Əliyev adına  BNEZ-nun, "Azərneftyağ" NEZ-nun,  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin, eləcə də "Balakhanı Operatinq Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının və "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin  Azərbaycan Respublikasındakı Nümayəndəliyinin  rəhbər işçiləri və mütəxəssisləri  qatılmışlar.
      Pilot layihəni tədbir iştirakçılarına Türkiyənin Su & Su firmasının  nümayəndələri,  Fazil  Eyübler,  Mehmet Tarık  Can, Ramazan Demir və  Nano  Tech  Texnology  Concept   firmasının təmsilçiləri, Filiz Nabiyev, Mehmet Güngör, və Ahmat Emre Arslan təqdim etmişlər.
      Pilot layihənin sınaq təqdimatında  türkiyəli mütəxəssisləri tərəfindən  sənaye-çirkab axıntı və lay sularının kimyəvi üsullarla təmizlənmə prosesində istifadə olunan  nanotexnologiyalar və  texnoloji proseslərdə istifadə olunan kimyəvi reagentlər haqqında  tədbir iştirakçılarına geniş məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki,  təmizləmə texnologiyası xüsusi reagentlər vasitəsilə  ilkin mərhələdə çirkab sularda turşu-qələvi mühitinin neytrallaşması, sonrakı mərhələdə isə ionlaşdırılması prinsipinə  əsaslanır. Nəticədə  suda olan neft məhsulları parçalanaraq mexaniki qarışıqlarla  birlikdə  çökür. Bu çöküntülərdən balıq yemi və gübrə kimi istifadə etmək mümkündür.  Təmizlənmiş su isə mövcud normativlərə uyğun olaraq  birbaşa su hövzələrinə axıdıla bilər.
      Sonra "Ekol Mühəndislik Xidmətləri"  QSC-nin istehsalat sahəsindən götürülmüş, sənaye-çirkab suların laboratoriya şəraitində xüsusi reagentlərlə təmizlənməsi əyani olaraq iştirakçılara  nümayiş  etdirilmiş və gözlənilən nəticələr əldə olunmuşdur.  Layihənin  sınağı  zamanı sual doğuran  məsələlərə aydınlıq gətirilmişdir.
      İyulun 3-də isə pilot layihə çərçivəsində eyni prinsiplərlə lay sularının  təmizlənməsinin   sınağı  keçirilmişdir. Bu məqsədlə "Balakhanı Operatinq Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının mədən ərazisindən götürülmüş lay suyu nümunəsindən istifadə olunmuşdur. Bu üsulla  lay sularının   təmizlənməsində də eyni  nəticələr əldə olunmuşdur.
      Sonda qərara alınmışdır ki, laboratoriya şəraitində  təmizləmiş su nümunələrinin analitik təhlilləri aparılsın və həmin suyun tərkibində ağır metalların , üzvi və qeyri üzvi birləşmələrin  vəziyyəti  müəyyən olunduqdan sonra hərtərəfli müzakirə edilsin və konkret təkliflər paketi hazırlansın.
 
 
 
 
 

tarix : 03.07.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.