ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqları Rekultivasiyası Departamenti 2014-cü ilin I yarımilliyini uğurla başa vurmuşdur

       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD) 2014-cü ilin I yarımilliyində neft sənayesi sahələrində reabilitasiya olunmuş  mədən ərazilərinin  yaşıllaşdırılması və  bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi, landşaftın bərpası, eləcə də  Bak Ağ Şəhər layihəsi ərazisindən neftlə çirklənmiş torpaqların daşınması  işlərini uğurla həyata keçirmişdir.

       2014-cü ilin I yarısında TRD-nin  kollektivi  "Azneft" İB-nin   H.Z.Tağıyev adına  NQÇİ-nin mədən ərazisində 5 min 624 ədəd,  “Abşeronneft”  NQÇİ-nin mədən ərazisində  15 min 400 ədəd,  "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində  49 min 12  ədəd,  ARDNŞ-nin  Qaz  Emalı  Zavodunun ərazisində isə  8 min 890 ədəd, (ümumilikdə  78 min 926 ədəd) müxtəlif ağac və bəzək kollarına   yüksək səviyyədə aqrotexniki  xidmətlər  göstərmişdir.  Hazırda TRD-nin xidmət sahələrində mövsümi  işlərin  yerinə yetirilməsi  ilə yanaşı,  yaşıllıq sahələrinin  genişləndirilməsi və bitkilərin  normal inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.       
     Cari  ildə TRD  "Azərneftyağ" NEZ-nun  Bakı Ağ Şəhər layihəsi ərazisində yerləşən  istehsalat  sahələrindən neftlə çirklənmiş torpaqların  daşınması layihəsini də təqvim planına uyğun icra etmiş və 6 ay ərzində  ərazidən  608 min m3-ə qədər neftlə çirklənmiş torpaq daşınmışdır.   
    Torpaqların Rekultivasiyası Departamenti  ekoloji  layihələrin  icrası sahəsində  fəaliyyətini uğurla davam etdirir.            
 
 
 
 
 
 

tarix : 14.07.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.