ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti 2014-cü ilin I yarımilliyində də yüksək səviyyəli xidmət göstərmişdir

     QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD)   2014-cü ilin I yarımilliyində "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərinin aparılması,  ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması və  laborator  xidmətlərin göstərilməsi  işlərini   keyfiyyətlə  yerinə yetirmiş və "Sifarişçi" məmnunluğunu qazanılmasına  nail olmuşdur.

       2014-cü ilin I yarısında “Azneft” İB ilə bağlanmış müqaviləyə əsasən, EMD-nin Səyyar monitorinq xidməti tərəfindən “28 May”, “Neft Daşları”, “Abşeronneft”, N.Nərimanov adına NQÇİ də, eləcə də ARDNŞ-nin "Kompleks Qazma İşləri" Trestinin, Qaz Emalı Zavodunun, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının və "AzGerneft" MMC-nin istehsalat sahələrində təqvim planına uyğun olaraq   monitorinq işləri  aparılmış və rüblük hesabat tərtib edilərək sifarişçiyə təqdim olunmuşdur. Eyni zamanda, "Kompleks Qazma İşləri" Trestinin istehsalat sahələrində formalaşan  axıntı sularının  keyfiyyət kateqoriyasına görə  tərkibinin müəyyənləşdirilməsi üzrə tədqiqat işləri aparılmışdır.
    Ötən yarımillikdə EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası da məqsədyönlü fəaliyyət göstərmişdir. QSC-nin istehsalat sahələrində  istismarda olan qurğulardan   mütəmadi olaraq götürülmüş nümunələrin  fiziki-kimyəvi və kimyəvi təhlillər aparılmış, texnoloji proseslərin təkmilləşdirilməsi üçün konkret təkliflər verilmişdir.   Həmçinin, "Sifarişçi" təşkilatların  istehsalat  sahələrində keçirilən monitorinqlər zamanı bütün hasilat və qazma müəssisələrinin axarlarından götürülmüş su nümunələrində  tələb olunan  inqrediyentlər üzrə analitik  təhlilləri aparılmış  və   nəticələrə müvafiq olaraq hesabatlar hazırlanmışdır.
  Cari ilin 6 ayı ərzində  EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi  "Azneft" İB-nin "BibiHeybətneft", "Siyəzənneft", N.Nərimanov adına, H.Z.Tağıyev adına NQÇİ, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə EİM, Maddi-Texniki Təchizat İdarəsi, Tamponaj və layların neftveriminin artırılması idarəsi və "Star Beton Production" MMC üçün  ekoloji normativ-texniki sənədlərinin hazırlanması işlərini  yüksək templə davam etdirmişdir. "Azneft" İB-nin “Abşeronneft”, “28 May”, H. Z. Tağıyev adına NQÇİ, Qaz Anbarı İstismarı idarəsi, Qobustan Nəqliyyat İdarəsi, Tamponaj və layların neftveriminin artırılması idarəsi üçün isə ekoloji normativ-texniki  sənədlər işlənib hazırlanmış və müvafiq qaydada sifarişçilərə təhvil verilmişdir.
   2014-cü ilin I yarısında QSC-də İnteqrə edilmiş menecment sistemlərinin daxili auditi keçirilmişdir. Audit zamanı aşkar edilmiş uyğunsuzluqlar  barəsində düzəldici tədbirlər müəyyən edilmiş,  uyğunsuzluqların aradan qaldırılmasının   izlənməsi  təmin edilmişdir. 
      Ekoloji Monitorinq Departamenti  sifarişçilərə yüksək səviyyəli ekoloji xidmətlərin göstərilməsi istiqamətində  fəaliyyətini səylə davam etdirir.
                   
 
 
 
 
 
 

tarix : 16.07.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.