ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Finlandiyanın LAMOR şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

       İyulun  25-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Finlandiyanın LAMOR şirkətinin  prezidenti Fred Larsen, vitse-prezidenti Rasmus Guldbrand, müşaviri Matthew Bryza, MDB və Orta Şərq Ölkələri üzrə nümayəndəsi Hakan Ferhatoğlu  ilə görüş keçirilmişdir.

         Görüşdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev, baş  direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.
        QSC-nin baş direktoru Ramil Əliyev  iştirakçıları salamlayaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC barədə qisa məlumat verdi. Sonra söz  qonaqlara təqdim olundu. 
       Fred Larsen səmimi qəbula və görüşün keçirilməsi üçün yaradılan  əlverişli şəraitə görə QSC rəhbərliyinə öz minnətdarlığını  bildirdi. O qeyd etdi ki,  təmsil etdikləri şirkət ətraf mühit problemlərinin həlli üzrə fəaliyyət göstərir. Əsas fəaliyyətləri neft dağılmalarının qarşısının alınması, neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın utilizasiyası, həmçinin sənaye sahəsində fəaliyyət göstərən zavod qurğu və avadanlıqların gücləndirilməsi və istehsalının artırılmasından ibarətdir. Belə ki, şirkətin fəaliyyət prinsipinin ən əsas olaraq neft sızmaları və axıntılarının qarşısının alınması sferasında bütün aspektləri özündə birləşdirən fəaliyyət yəni, araşdırma, mühəndislik, istehsal, çatdırılma, təlimlər, əməliyyatın aparılması və s. kimi tədbirlərin olmasını qeyd etdi. Həmçinin 20 ildən yuxarı fəaliyyət göstərən LAMOR şirkətin Meksika körfəzində baş verən iri miqyaslı neft sızmalarının qarşısının alınması zamanı istifadə olunan qurğu və avadanlıqların 70%-i məhz onların şirkəti tərəfindən təqdim olunduğunu vurğuladı. Əlavə olaraq, dünyanın 90 ölkəsində əsasən də ABŞ-da geniş tipli layihələri həyata keçirdiklərini qeyd etdi. Şirkət B.Ə.Ə, Orta Asiya, Küveyt, Oman və Azərbaycanda nümayəndəlik yaratmaq niyyətində olduqlarını bildirdi. Həmçinin şirkət Türkiyədə neft sızmalarının qarşısının alınması üzrə baş plan hazirladığını vurğuladı.
     Daha sonra ikitərəfli müzakirələr aparıldı, təcrübə layihələr, hal-hazırkı ekoloji durum və aparılan işlər, gələcək planlar barədə qarşılıqlı məlumat verildi və qərara alındı ki, bu ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması üçün qarşılıqlı səylər göstərilsin.
    Bununla da görüş qarşılıqlı anlaşma və işgüzar şəraitdə başa çatdı.

 
                      

tarix : 25.07.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.