ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçirlər

        Respublikamızın ayrı-ayrı  ali təhsil müəssisələrində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq təcrübi biliklərinin artırılması, istehsalat vərdişlərinin aşılanması və onların bacarıqlı bir mütəxəssis kimi formalaşması məqsədi ilə  ənənəvi olaraq  hər il neft-qaz sənayesi müəssisələrində, o cümlədən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübələri təşkil olunur.

       2014-cü ildə də  M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Bakı filialının kimya fakültəsinin IV-cü  kurs tələbələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istehsalat təcrübəsi keçmələri barədə müraciət olunmuşdur. Müraciətə əsasən avqustun  14-də tələbələrin istehsalat təcrübəsi başlanmışdır.
       QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov öncə tələbələrə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yaranma tarixi, maddi-texniki bazası əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr  haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, istehsalat təcrübəsi müddətində tələbələr neft emalı zavodlarında formalaşan, neft məhsulları və digər kimyəvi maddələrlə  çirklənmiş axıntı sularının təmizlənməsi,  neftşlamın emalı texnologiyaları,  eləcə də  qurğuların iş prinsipi ilə yaxından tanış olacaqlar. Eyni zamanda, tələbələr  QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin xidmət sahələrində yaşıllıqlara göstərilən  aqrotexniki  xidmətlərlə və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən  ekoloji layihələrlə yaxından  tanış ediləcəklər.    
       Protokol qaydalara əsasən, ali təhsil  müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə  istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən  tələbə və müəllim heyətinin yararlanması,  təhsil müəssisələrində əldə olunmuş elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi sahələrinin müəyyən edilməsi, eyni zamanda tələbələrdə təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər davam edir.
 

 

 

 

tarix : 14.08.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.