"Ekol Mühəndislik Xidmətləri" QSC-nin göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması, sahələrin abadlaşdırılması, eləcə də işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına inzibati, məişət və yardımçı binalarda, həmçinin xidmət sahələrində mütəmadi olaraq təmir və abadlıq işləri aparılır. Bu işlərin yerinə yetirilməsində QSC-nin İnzibati Təsərrüfat Şöbəsinin (İTŞ) kollektivi də xüsusi fəallıq göstərir.
Ötən illərdə olduğu kimi, 2014-cü ildə də İTŞ-nin kollektivi QSC-nin ofis binasında, O.Vəliyev 1 ünvanda, "Azərneftyağ" NEZ-nun ərazisində, "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində, həmçinin digər xidmət sahələrində yerləşən obyektlərdə təmir-tikinti, abadlıq və yaşıllaşdırma işlərini əzmlə yerinə yetirirlər.
Hazırda QSC-də xidmətin keyfiyyətinin yaxşılaşdırılması və sahələrin abadlaşdılrılması istiqamətində məqsədyönlü tədbirlər yüksək templə davam etdirilir.
tarix : 18.08.2014
|