ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində xidmət göstərdiyi yaşıllıq sahələrində payız əkininə hazırlıq işləri davam etdirilir

       Neft-qaz  sənayesi  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması, xüsusilə   neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması   ARDNŞ-nin  ekoloji  siyasətinin  əsas istiqamətlərindən  biridir. Bu sahədə həyata keçirilən kompleks tədbirlər planının icrasında “Ekol Mühəndislik  Xidmətləri”  QSC də  öz layiqli tövhələrini verməkdədir. Ötən illər ərzində  QSC-nin yaxından iştirakı ilə “BibiHeybətneft” NQÇİ-nin 40 hektardan çox neftlə çirklənmiş mədən ərazisi reabilitasiya olunmuş, həmin ərazilərə 50 minə qədər mühitə davamlı  müxtəlif  növ ağaclar və  bəzək  kolları  əkilmişdir.

     Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD)  kollektivi tərəfindən bu yaşıllıq sahələrinə aqrotexniki xidmətlər  göstərilir. Yay mövsümünə uyğun olaraq bitkilərin mühafizəsi üçün zəruri aqrotexniki tədbirlər həyata keçirilir, ağacların dibləri boşaldılır, bitkilərə üzvü və qeyri üzvü gübrələr verilir. Ərazi damcı suvarma sistemləri ilə təmin edilmişdir ki, bu da  bitkilərin su təchizatını xeyli dərəcədə yaxşılaşdırmışdır.
     Bununla yanaşı,  qarşıdan gələn payız  əkini  üçün   ərazidə hazırlıq işləri görülür. Yaşıllıq sahələrinin  genişləndirilməsi və bərpası məqsədilə  ərazidəki istixanada kifayət qədər  müxtəlif  növ tinglər yetişdirilir. Açıq havada yetişdirilən tinglərin küləkdən mühafizəsi üçün, əlavə  olaraq  40 m2-dək  barı çəkilmiş və digər  zəruri  təsərrüfat  işləri  yerinə  yetirilmişdir.
    “Ekol Mühəndislik  Xidmətləri”  QSC yaşıllıq sahələrinə göstərdiyi aqrotexniki xidmətlərin  kəmiyyət və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində  məqsədyönlü tədbirlərini davam etdirir.
  
 

 

 

 

tarix : 21.08.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.