ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində istismarda olan təmizləyici qurğularda profilaktiki təmir işləri həyata keçirilir

      Heydər Əliyev adına BNEZ, "Azərneftyağ" NEZ, eləcə də digər "Sifarişçi" təşkilatlardan  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrinə daxil olan  sənaye-çirkab, axıntı və məişət fekal suların   təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, keyfiyyətin daha da yaxşılaşdırılması   istiqamətində  davamlı  və  məqsədyönlü  tədbirlər  həyata  keçirilir.

       Bu məqsədlə,  QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci  ("Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisi) sahələrindəki istismarda olan mexaniki təmizləyici qurğularda mütəmadi olaraq profilaktiki təmir işləri aparılır, qurğularda  yığılmış  neftşlam təkrar emal olunaraq  zərərsizləşdirilir.
       2014-cü ildə də  bu istiqamətdə   əhəmiyyətli tədbirlər həyata keçirilir. Cari ilin müvafiq dövründə  mexaniki təmizləyici qurğular sistemində, həmçinin dekantor  və trikantor  qurğularında  zəruri profilaktiki təmir işləri yerinə yetirilmişdir. Hazırda TED-nin 6-cı sahəsində mexaniki təmizləyici qurğular sisteminin 2-ci çökdürücü gölündə təmizləmə və təmir işləri aparılır. Eyni zamanda, qurğuların istismar müddətinin artırılması və texniki  şərtlərin  təmin edilməsi üçün  rəngləmə işləri görülür.
      QSC-də ətraf mühitə zərər vermədən, texnoloji proseslərin təkmilləşdirilməsi və  xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində  tədbirlər davam etdirilir.
  
 

 

 

 

tarix : 26.08.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.