ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmişdir

         "Ekol Mühəndislik Xidmətləri" QSC  fəaliyyət  göstərdiyi xidmət sahələrində, eləcə də  ətraf ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın emal edilərək zərərsizləşdirilməsi, sənaye-çirkab axıntı sularının təmizlənməsi ,reabilitasiya olunmuş mədən ərazilərinin  yaşıllaşdırılması  və s. bu kimi tədbirlər məhz  ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmişdir.

          QSC-nin xidmət sahələrində təbii ehtiyatlardan (su, elektrik enerjisi, təbii qaz, material ehtiyatları və s.) qənaətlə istifadə edilməklə yanaşı, xidmət   sahələrində  formalaşan tullantıların  idarə olunması İSO  beynəlxalq standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Tullantıların idarə olunması  QSC-nin  Ekoloji Monitorinq Departamenti tərəfindən daimi nəzarətdə saxlanılır. ARDNŞ-nin Ekologiya idarəsi ilə bağlanmış müqaviləyə əsasən  xüsusi tullantılar (işlənmiş avtomaşın şinləri, lüminessensiya lampaları, katriclər, akkumlyatorlar və s.) vaxtaşırı olaraq  Qaradağ  "Tullantı Mərkəzi"nə təhvil verilir.
       2014-cü ilin müvafiq dövründə "Tullantı  Mərkəzi"nə  0.53 tona qədər xüsusi tullantılar, digər müvafiq təşkilatlara isə aidiyyəti üzrə 2.43 ton bərk tullantılar, 170 m3-ə qədəri  kanalizasiya  suları   təhvil verilmişdir.
       QSC-də atmosferə atılan qazların minimuma endirilməsi sahəsində də qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə istismarda olan  modul və mexaniki təmizləyici qurğularda mütəmadi olaraq profilaktiki təmir işləri aparılır və xidmət sahələrində yaşıllaşdırma tədbirləri yerinə yetirilir. Həmçinin, QSC-nin balansında olan nəqliyyat vasitələri müvafiq qaydada  texniki baxışdan keçirilir və nasazlıqlar operativ olaraq aradan qaldırılır.
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin   xidmət sahələrində və ətraf ərazilərdə ekoloji  vəziyyətin yaxşılaşdırılması  istiqamətində tədbirlər davam etdirilir. 
 

 

 

tarix : 08.09.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.