Xidmətlərimiz
|
|
|
|
QSC göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri olan sənaye-çirkab sularının texnoloji reqlamentə uyğun və keyfiyyətlə təmizlənməsi məqsədilə Tullantıların Emalı Departamentinin (TED) xidmət sahələrində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq istismarda olan modul və mexaniki təmizləyici qurğuların ayrı-ayrı hissələri çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir.
Tədbirlər planı çərçivəsində görülən işlərdən biri də TED-nin 6-cı sahəsindəki (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) çökdürücü göllərin çöküntülərdən təmizlənməsi təmiri və bərpasıdır. Bu işlərin həyata keçirilməsi isə qurğuların istismar müddətinin artırılması, texnoloji proseslərin keyfiyyətinin yaxşılaşması və ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ötən illərdən başlayaraq TED-nin 6-cı sahəsindəki çökdürücü göllərin növbə ilə təmizlənməsi davam etdirilir. Hazırda isə 2-ci çökdürücü göldə təmizləmə və təmir-bərpa işləri aparılır və bu işlərin qısa zamanda başa çatdırılması nəzərdə tutulur. “Ekol Mühəndislik Xidmətləri” QSC göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
tarix : 15.09.2014
|
|
|
|
|
|
|