ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Parafin təmizləmə sexi beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərir

       Tullantıların idarə olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  göstərdiyi xidmətlər sırasında ərsin parafinin mexaniki qarışıqlardan ayrılaraq təmizlənməsi də prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2007-ci ildə  QSC-nin  Tullantıların Emalı Departamentinin  (TED) O.Vəliyev 1  ünvanda yerləşən 6-cı  sahəsində  (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən, istehsal gücü bir dövr (48 saat) ərzində 17 ton olan Parafin təmizləmə sexi 2007-ci ildən etibarən TED-nin 8-ci sahəsi kimi fəaliyyət  xidmət göstərir.

     TED-nin 8-ci sahəsi kimi 2007-ci ildən etibarən fəaliyyətə başlamış Parafin təmizləmə sexində 2007-2014-cü illərdə "Sifarişçi"  təşkilatlardan qəbul edilmiş  900 tondan çox  ərsin parafinini reqlamentə uyğun olaraq  təmizlənərək aidiyyəti üzrə təhvil verilmişdir.
     Əvvəlki illərdə olduğu kimi  2014-cü ilin 8 ayı ərzində də TED-nin   8-ci sahəsi  məhsuldar işləmiş, "AAS-EKOL" MMC- dən qəbul etdiyi  116 tondan çox ərsin parafinini sudan və mexaniki qarışıqlardan  təmizləyərək təyinatı üzrə təhvil vermişdir.
     Parafin sexində texnoloji proseslərin fasiləsizliyinin təmin olunması və  işlərin   İSO standartlarının  tələbləri səviyyəsində qurulması məqsədlə, mütəmadi olaraq sexdə  profilaktiki təmir, yenidənqurma  və abadlaşdırma işləri   həyata keçirilir.  Cari ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar sexdə   su, buxar və hava xətlərinin  izolyasiyası, qurğu və avadanlıqların, boru xətlərinin  təyinatına uyğun rənglənməsi, eləcə də profilaktiki təmir işləri  yerinə yetirilir.
     Nanotexnologiyaların istehsalata tətbiq edilməsi, texnoloji proseslərin təkmilləşdirilməsi və yüksək səviyyəli xidmətlərin göstərilməsi ilə "Şifarişçi"  məmnunluğunun qazanılması istiqamətində məqsədyönlü sex fəaliyyətini davam etdirir.
 
 

 

tarix : 18.09.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.