ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC "Əsrin müqaviləsi" nin 20-ci ildönümünü və “Neftçilər Günü” ilə əlaqədar xidmət sahələrində ağacəkmə aksiyası keçirir

        ARDNŞ-nin  neft sənayesi  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq etdiyi  tədbirlər planına əsasən, NQÇİ-nin mədən ərazilərinin neftlə çirklənmədən təmizlənməsi və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılması   işləri yüksək templə  davam etdirilir.

       Tədbirlər planının  icrasında "Azneft" İB ilə birgə yaxından iştirak edən “Ekol Mühəndislik  Xidmətləri” QSC də reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıq sahələrinin salınması, genişləndirilməsi və aqrotexniki xidmətlərin keyfiyyətinin  artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.  Hazırda payızın gəlişi ilə əlaqədar QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində  mövsümü işlər yerinə yetirilir,  yeni  sahələrdə  əlavə  ağaclar əkilir.
      Sentyabr  ayında   "Əsrin  müqaviləsi" nin  20-ci  ildönümü  və "Neftçilər Günü" ilə əlaqədar QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət sahələrində ağacəkmə aksiyasına  başlanmışdır.  Sentyabrın 17-də keçirilən  aksiyada  "Abşeronneft"   NQÇİ-nin  mədən ərazisindəki  əlavə 1 hektar sahədə 1 200 ədəd zeytun, 800 ədəd şam ağacı, H.Z. Tağıyev adına NQÇİ-nin mədən ərazisindəki  əlavə 1 hektar sahədə  isə 500 ədəd  zeytun ağacları əkilmişdir. Ağacəkmə aksiyası sentyabrın 20-dək davam edəcəkdir.
     “Ekol  Mühəndislik  Xidmətləri”  QSC cari ilin  payız   mövsümündə "Azneft" İB ilə birgə yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası  istiqamətində  tədbirləri  davam etdirir.

 

tarix : 19.09.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.