ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də İtaliyanın ETD və SEPRA şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir

       Sentyabrın 26-da, QSC-nin baş ofisində  İtaliyanın  ETD (European Technology  Development) və SEPRA (Separation Process Applıcatıon) şirkətlərinin nümayəndələri ilə "sənaye-çirkab və  lay sularının membran filtrasiyası ilə təmizlənməsi" mövzusunda görüş keçirilmişdir.

       Görüşdə QSC-nin baş direktorunun  SƏTƏM üzrə müavini  Rəşad  İsmayılov,  əlaqədar departament və şöbə rəisləri, eləcə də  ETD şirkətinin baş meneceri Filippo Chiusoli, regional  meneceri Rejep Rejepov və SEPRA şirkətinin mühəndisi Giancario Tanzi  iştirak etmişlər.
      Görüşdə  Rəşad İsmayılov  qonaqları  salamladıqdan sonra QSC haqqında onlara qısa məlumat verdi , sənaye-çirkab və  lay sularının  yeni texnologiyalarla təmizlənməsində maraqlı olduqlarını onların diqqətinə çatdırdı.  Sonra söz italiyalı qonaqlara təqdim edildi.
       ETD və SEPRA  şirkətlərinin nümayəndələri səmimi qəbula görə minnətdarlıqlarını bildirdikdən sonra  sənaye-çirkab və  lay sularının membran filtrasiyası ilə təmizlənməsi   texnologiyaları və qurğuları haqqında elektron məlumatları izahlı olaraq görüş iştirakçılarına təqdim etdilər.   Onlar bu sahədə  həyata keçirdikləri pilot layihələr və texniki  nəticələr barədə ətraflı məlumat verdilər.  Sonra  mövzu ətrafında  geniş müzakirələr aparıldı və bir sıra məsələlərə aydınlıq gətirildi.
     Sonda qərara alındı ki, ETD və SEPRA  şirkətləri Lay sularının texniki-iqtisadi əsaslandırılması barədə konkret təkliflər paketini  müzakirəyə təqdim etsinlər.  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin mütəxəssisləri isə öz növbəsində bu təklifləri dərindən araşdıraraq  yekun rəyə gəldikdən sonra keçiriləcək növbəti görüşlərdə müzakirələrin nəticələrindən asılı olaraq  konkret qərarlar qəbul edilsin.   
      Bununla da görüş qarşılıqlı anlaşma və işgüzar şəraitdə başa çatdı.
 

 

 

tarix : 26.09.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.