ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də ABŞ-nın ARGUS şirkətlər qrupunun nümayəndələri ilə görüş keçirilmişdir

      Neft-qaz sənayesi sahələrində həyata keçirilən ekoloji layihələrə nanotexnologiyaların tətbiqi və bu sahədə  ARDNŞ-nin   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında qoyduğu vəzifələrin icrasının  təmin edilməsi məqsədilə, dünyanın analoji şirkətləri ilə   görüşlər və  əməkdaşlıq əlaqələri davam etdirilir.

      Sentyabrın 30-da,  əməkdaşlıq  əlaqələri  çərçivəsində  QSC-nin baş ofisində ABŞ-nın ARGUS  şirkətlər qrupunun  nümayəndələri ilə  "neftlə çirklənmiş torpaqların  və  şlamların  Termodesorbsiya üsulu ilə təmizlənməsi" mövzusunda  görüş keçirilmişdir. Görüşdə  QSC-nin  baş  direktorunun  istehsalat üzrə müavini-Texniki direktor   Məzahir  Hüseynov, SƏTƏM  üzrə  müavini  Rəşad  İsmayılov,  əlaqədar departament,  şöbə  rəisləri,  eləcə də  ARGUS   şirkətlər qrupunun  Beynəlxalq  Əməliyyatlar üzrə Müdiri  Alun  Prokter və  ENEP ARGUS  şirkətinin icraçı müdiri Darya Cəfərli iştirak etmişlər.
      Alun  Prokter  ARGUS  şirkətinin neftlə çirklənmiş torpaqların  və  şlamların  Termodesorbsiya üsulu ilə təmizlənməsi sahəsində tanınmış  bir şirkət olduğunu və bir neçə ölkədə  uğurlu layihələr həyata keçirildiyini iştirakçıların diqqətinə  çatdırdı. Sonra  o, bu texnologiyalar və istifadə olunan   qurğular haqqında  elektron məlumatları  görüş iştirakçılarına  təqdim etdi və  prosesləri ətraflı izah etdi.
      Görüşdə Termodesorbsiya üsulu ilə təmizlənmə prosesləri, istifadə olunan qurğunun məhsuldarlığı, texniki parametrləri, enerji sərfiyyatı və digər  texniki məsələlər ətrafında geniş müzakirələr aparıldı və sual doğuran məsələlərə aydınlıq gətirildi.
      Sonda qərara alındı ki, ARGUS  şirkətinin  təqdim etdiyi texnologiyalar və qurğuların xarakteristikaları QSC-nin  mütəxəssisləri tərəfindən dərindən araşdırılsın və qarşılıqlı əməkdaşlıq əlaqələrinin istiqamətləri müəyyən edilsin.
 

 

 

 
 

tarix : 30.09.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.