ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Almaniyanın Bayern LB bankının nümayəndələri ilə görüş keçirilmişdir

       Oktyabrın 9-da  QSC-nin baş ofisində Almaniyanın Bayern LB bankının  qərbi Avropa və MDB üzrə direktoru  Elke Wurth-Weis və Moskva nümayəndəliyinin  rəhbəri  Eugen Desch  ilə görüş keçirilmişdir. Görüşdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun  SƏTƏM üzrə müavini  Rəşad İsmayılov, eləcə də  əlaqədar  şöbə rəisləri iştirak etmişlər.

       Rəşad  İsmayılov qonaqları salamlayaraq  QSC haqqında onlara qısa məlumat verdi. Sonra söz qonaqlara təqdim olundu.   Elke Wurth-Weis səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirdi. 
      Elke Wurth-Weis  təmsil etdiyi bank haqqında  görüş iştirakçılarına məlumat verərək  bildirdi ki,  Bayern LB  Almaniyada fəaliyyət göstərən ilk altı  bankların sırasındadır və dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.  Bankın illik  dövriyyəsi  250 milyard avro  təşkil edir. Bankın Rusiya FR-da partnyorları Qazprombank, Vneşekspressbank, Azərbaycandakı partnyorları isə  Beynəlxalq bank, Paşabank və Aksesbankdır. Biznes partnyorları isə SOCAR və Azərenerjidir.
      Elke Wurth-Weis   qeyd  etmişdir ki,  Bayern LB  bankı 2002-ci ildən Azərbaycanda  fəaliyyət göstərir. Ötən dövr ərzində bank Sumqayıt Elektrik və Qazoturbin stansiyalarının, həmçinin bir Hospitalın tikintisinin maliyyələşdirilməsində yaxından iştirak etmişdir. Rusiya FR-da isə metal, neft-qaz və  mobil telekommunikasiya sahələrinə sərmayə qoymuşdur.
     Elke Wurth-Weis  çıxışına davam edərək bildirmişdir ki,  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Azərbaycanda prioritet ekoloji layihələr həyata keçirdiyi  haqqında məlumatlıdırlar. Bu görüşün əsas məqsədi  də sizə  QSC-nin  ekoloji layihələrin icrasında  istifadə  edəcəyi və Avropa  ölkələrindən, xüsusilə Almaniya FR-dan alınacaq qurğu və avadanlıqların Bayern LB bankı  tərəfindən maliyyələşdirilməsi təklifini etməkdir.
     Rəşad İsmayılov Bayern LB  bankının potensial imkanları barədə verdiyi geniş məlumata və      QSC-nin qurğu və avadanlıqların alınmasında  bankın göstərəcəyi  maliyyə dəstəyi haqqında təklifə  görə  Elke Wurth-Weisə təşəkkürünü bildirdi. Sonra mövzu ətrafında  müzakirələr aparıldı  və sual doğuran məsələlərə aydınlıq gətirildi.
    Sonda qərara alındı ki, təklif QSC-nin rəhbərliyinin  və mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunduqdan sonra qarşılıqlı əlaqələr yaradılsın  və yekun qərar qəbul edilsin. Bununla da görüş qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.

 

 

 
 

tarix : 10.10.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.