ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC texnoloji proseslərin keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində zəruri tədbirləri davam etdirir
       Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair  dövlət proqramı  çərçivəsində ARDNŞ-nin  fəaliyyət sahələrində həyata keçirilən  kompleks tədbirlər  sırasında   neft  emalı zavodlarında  tullantıların idarə olunması  və ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması istiqamətində görülən işlər xüsusi  önəm daşıyır. 

     ARDNŞ-nin potensial podratçısı qismində  fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri"  QSC neft emalı zavodlarında texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi layihələrinin icrasını uğurla yerinə yetirir.
      QSC-nin Tullantıların  Emalı  Departamenti (TED)  ARDNŞ-nin  Heydər Əliyev adına  BNEZ-nun və "Azərneftyağ" NEZ-nun istehsalat  sahələrindən QSC-nin xidmət sahələrindəki təmizləyici qurğulara daxil olan tullantıların təmizlənməsini və zərərsizləşdirilməsini  texnoloji reqlamentə uyğun  olaraq yerinə yetirir. Eyni zamanda  QSC-nin  xidmət sahələrindəki mövcud mexaniki təmizləyici qurğuların məhsuldarlığını artırmaqla yanaşı, yeni texnika və texnologiyaların istehsalata tətbiqi  istiqamətində  də zəruri tədbirlər  həyata keçirilir. Hazırda  xidmət sahələrində istismar olunan İsveçrənin "Alfa-Laval" şirkətinin  modul  dekantor,  "FOX-15"  və  İtaliyanın  "Pieralisi" şirkətinin  modul trikantor qurğuları öz müsbət nəticələrini verməkdədir.
      Xidmət sahələrində istismarda olan qurğuların  saz vəziyyətdə işləməsi, texnoloji proseslərin keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə  mənfi təsirlərin qarşısının alınması məqsədilə, TED-nin kollektivi tərəfindən mütəmadi olaraq  profilaktiki təmir işləri  aparılır və texniki xidmətlər göstərilir.
    "Ekol Mühəndislik Xidmətləri" QSC neft emalı zavodlarında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, ətraf mühitə atılan tullantıların  miqdarının azaldılması və yeni texnologiyaların tətbiqi sahəsində tədbirlərini davam etdirir.
  
 

 

 

 

tarix : 14.10.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.