ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir

     18 oktyabr Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Dövlət Müstəqilliyinin  23-cü ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.  Bu münasibətlə "Ekol Mühəndislik Xidmətləri" QSC-də  də  tədbir keçirilmişdir. Tədbirdə QSC-nin çoxsaylı kollektivinin nümayəndələri iştirak etmişlər.

    Tədbirdə çıxış edənlər  ilk növbədə kollektivi bu əlamətdar gün  münasibətilə təbrik etmişlər. Qeyd olunmuşdur ki, 1991-ci ildə Sovetlər İttifaqının dağıldıqdan sonra  Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. Həmin il  oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında  Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında  göstərilmişdir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
    Çıxışlarda xüsusilə vurğulanmışdır ki, Dövlət Müstəqilliyimizin əldə olunmasında müstəsana rolu olmuş ümummilli lider Heydər Əliyevin  siyasi kursu ötən illərdə uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində keçən 23 il ərzində ölkəmiz öz müstəqilliyini bütün dünyada tanıtmış, beynəlxalq təşkilatların  üzvlüyünə qəbul edilmiş, dünya dövlətləri ilə  bərabərhüquqlu əlaqələr yaranmışdır. Bu illərdə daxili və xarici qüvvələrin təxribat və maneələrinə  baxmayaraq, dövlət müstəqilliyimiz qətiyyətlə  qorunmuş və  ölkəmizin inkişafı üçün  vacib olan bütün tədbirlər həyata keçirilmişdir. 
    Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın  tarixi nailiyyətidir.  Müstəqil dövlətimizin  qədrini  bilmək, onu qorumaq,  inkişaf etdirmək, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq uğrunda mübarizədə  daha  möhkəm  əzm və qətiyyət nümayiş etdirmək isə hər birimizin  müqəddəs borcudur. 
   Tədbirdə Azərbaycan Respublikasının himni səsləndirilmiş,  o  tarixi anlarını əks etdirən videoçarx  nümayiş olunmuş və müstəqilliyimiz uğrunda  canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 

 

 
 
 

tarix : 18.10.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.