ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin tibbi müayinəsinə başlanmışdır

        QSC-də çalışan işçilərin sağlamlıqlarının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması  daimi diqqət  mərkəzindədir. Bu məqsədlə işçi personalın müəssisənin maliyyə vəsaiti hesabına ildə bir dəfə tibbi müayinədən keçirilməsi qərara alınmışdır. 2011-ci ildən başlayaraq "Ekol Mühəndislik  Xidmətləri"  QSC ilə Meqa Sığorta Şirkəti arasında bağlanmış müqaviləyə əsasən,  işçi personala respublikamızda fəaliyyət göstərən bir çox   müasir  klinikalarda, o cümlədən MODERN HOSPİTAL-da tibbi sığorta xidmətləri göstərilir.   

     Hər il olduğu kimi, 2014-cü ildə də baş direktorun müvafiq əmri ilə oktyabrın    15-dən QSC-nin rəhbər, mütəxəssis və qulluqçularının  illik dövrü tibbi müayinədən (Check Up) keçmələri üçün onların MODERN HOSPİTAL  klinikasına göndərilməsinə başlanmışdır. Burada  İşçi personalın tibbi müayinədən keçmələri üçün hərtərəfli şərait yaradılmış və yüksək səviyyəli tibbi xidmətlər göstərilir. Tibbi müayinədən keçmiş işçilərin zəruri hallarda  ödənişsiz əsaslarla  müalicəyə cəlb olunması və lazımı  dərman preparatları  ilə  təmin  edilməsi  nəzərdə  tutulmuşdur.    
       Oktyabr ayının 15-dən başlayaraq bu vaxtadək QSC-də çalışan 110 nəfərə qədər işçi (Check Up) tibbi müayinədən keçmişdir. Hazırda istehsalat proseslərinin fasiləsizliyi təmin edilməklə, ümumi siyahıya və  gündəlik qrafikə uyğun olaraq   işçilərin tibbi müayinədən  keçmələri davam etdirilir.
      QSC-də çalışan işçilərin tibbi müayinəsinin dekabrın 15-dək davam etdirilməsi planlaşdırılmışdır.
 

 

 

 

tarix : 21.10.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.