ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Neftşlamın müasir texnologiyalarla emalı və zərərsizləşdirilməsi ətraf mühitin mühavizəsində önəmli rol oynayır

       Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair dövlət proqramının icrası yüksək templə davam etdirilir. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi  məqsədilə, ARDNŞ neft sənayesi sahələrində  davamlı  olaraq  irimiqyaslı ekoloji layihələr həyata keçirir və bu layihələrin  icra olunmasında ”Ekol Mühəndislik Xidmətləri ” QSC də fəal iştirak edir.

      Neft sənayesində ətraf mühitə mənfi təsir edən ən əsas amillərdən biri də neftin hasili və emalı proseslərində formalaşan neftşlamdır. Faza tərkibinə görə neftşlam neft məhsulları, su və mexaniki qarışıqlardan ibarətdir. Neftşlamın tərkibi xam neftin növündən, neft emalı prosesindən, axıntı sularının təmizlənməsi üçün istifadə olunan reagentlərdən də asılı olaraq dəyişir. Açıq anbarlarda uzun müddət saxlanılan neftşlamlar yüngül fraksiyaların buxarlanması, neft məhsullarının oksidləşməsi və qatranlaşması nəticəsində keyfiyyətini dəyişir və daha çətin emal olunan kütləyə çevrilir.
     Neftşlamın zərərsizləşdiril¬məsinin və tərkibindəki komponentlərin təkrar istifadəsinin aktuallığını nəzərə alaraq, "Ekol Mühəndislik Xidmətləri" QSC "Sifarişçi" təşkilatlarının istehsalat sahələrində uzun illər yığılıb qalmış və sənaye-çirkab sularının təmizlənməsi prosesində formalaşmış neftşlamın yeni texnika və texnologiyalarla emalı və zərərsizləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirir.  Ötən illər ərzində QSC tərəfindən  ARDNŞ-nin fəalyyət sahələrindən  540 min m3-ə qədər neftşlam çıxarılaraq müxtəlif üsullarla zərərsizləşdirilmişdir. Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində isə hər il 20 min m3-dən  çox neftşlam  İsveçin   “Alfa-Laval” şirkətinin dekantor və İtaliyanın  “Pieralisi” şirkətinin trikantor qurğuları ilə  emal edilərək zərərsizləşdirilir.
     ”Ekol Mühəndislik Xidmətləri” QSC neftşlamın ətraf mühitə təsirinin azaldılması istiqamətində həyata keçirdiyi əhəmiyyətli tədbirlərdən biri də mexaniki təmizləyici qurğular sistemində yığılıb qalmış, eləcə də sənaye-çirkab suların təmizlənməsi prosesində formalaşan  neftşlamların  emalı və zərərsizləşdirilməsidir. QSC fəaliyyəti dövründə sistemli olaraq mexaniki  qurğulardakı  neftşlamları çıxararaq  emal etmiş,  nəticədə ətraf mühitə atılan zərərli maddələrin miqdarı kifayət qədər azalmış və sənaye-çirkab  suların təmizlənməsi xeyli dərəcədə yaxşılaşmışdır.    
      Bununla yanaşı, QSC-də neftşlamların  zərərsizləşdirilməsinin digər üsulları da araşdırılır. Bioloji, kimyəvi maddələrin təsiri ilə neft məhsullarının daha səmərəli ayrılması istiqamətində tədqiqat işləri aparılır.  Bu sahəyə yeni texnika və texnologiyaların  əldə olunması məqsədilə analoji xarici şirkətlərlə əməkdaşlıq əlaqələri günü-gündən genişləndirilir.
                              
 
 
 

 

 

 

tarix : 24.10.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.