ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki istixanasında mövsümü əkinlər üçün ting hazırlığına başlanmışdır

              Qeyd edildiyi kimi, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Azneft" İB-nin neftqazçıxarma idarələrinin  mədən ərazilərində  xidmət göstərdiyi  yaşıllıq sahələrinin ting təminatının yaxşılaşdırılması məqsədilə,  2013-cü ilin əvvəlində "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) 3-cü sahəsində 320 m2 -lik  istixana kompleksi tikilərək istifadəyə verilmişdir. İstismar müddətində istixanada minlərlə müxtəlif növ  ağac və kol bitkiləri (həmişəyaşıl oleyandr, sərv, şərq tuyası, tək göz evkalipt, zeytun, milesiya, tut, akasiya,  iydə və s.)  yetişdirilmiş və yaşıllıq  sahələrinin bərpasında uğurla istifadə  edilmişdir.

     Hazırda növbəti ilin yaz əkin mövsümü üçün tinglərin  hazırlanması məqsədilə,  istixanaya 8 minə qədər  akasiya, həmişəyaşıl oleyandr, iydə və s.  bitkilərin  toxumları əkilərək  aqrotexniki  xidmətlər  göstərilmiş və normal  bitiş  alınmışdır.  Hazırda bu işlər davam etdirilir  və tam  bitişə  nail olmaq üçün   zəruri tədbirlər həyata keçirilir.
     Bununla yanaşı,  hazırda TRD-nin 3-cü sahəsindəki yay istixanasında mövcud olan  3 minə qədər  Eldar şamı, sərv, akasiya, zeytun  və  nar ağaclarının, eləcə də həmişəyaşıl oleyandr kolunun  tinglərinin  bərpa məqsədilə yaşıllıq sahələrinə əkilməsi istiqamətində  hazırlıq işləri  görülür.
     İstixanada təbii şəraitə uyğun tinglərin yetişdirilməsi və gözlənilən nəticələrin əldə olunması QSC-nin yaşıllaşdırma sahəsindəki xidmətlərinə  öz səmərəsini verməkdədir.
 
 
 

 

tarix : 31.10.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.