ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin xidmət sahələrində payız-qış mövsümünə hazırlıq işləri başa çatmaq üzrədir

     Cari ilin payız-qış mövsümündə “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin xidmət sahələrində  obyektlərin və inzibati binaların qışa hazırlığının, işçilərin iş şəraitinin yaxşılaşdırılmasının   xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə,  təsdiq olunmuş "Payız-qış  mövsümünə hazırlıq  tədbirlər planı” nın  icrası  başa çatmaq üzrədir.  

     Payız-qış mövsüminə hazırlıqla əlaqədar QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 5, 6 və 8-ci sahələrində  (Heydər Əliyev adına BNEZ- nun 9-cu sexinin ərazisi), eləcə də 7-ci sahəsində ("Azərneftyağ " NEZ -nun ərazisi) boru xətləri və  siyirtmələr izolyasiya edilmiş, bəzi sahələrdə isə   siyirtmələr  dəyişdirilmişdir. Məişət binalarında, sexlərdə  və nasosxanalarda zəruri  profilaktiki təmir  işləri aparılmışdır.

     Tədbirlər planı çərçivəsində  QSC-nin balansında olan nəqliyyat  vasitələri, xüsusi texnikalar, qurğu və avadanlıqlar tam hazırlıq vəziyyətinə gətirilmiş, yanacaq sürtgü materialları və ehtiyat hissələri tədarük edilmişdir. Bütün  xidmət sahələrinin  elektrik və istilik təsərrüfatları texniki baxışdan keçirilmiş, təmir və sazlama işləri yerinə yetirilərək  tam işlək vəziyyətə gətirilmişdir. İşçilərin qış geyimləri ilə təmin olunması üçün müvafiq tədbirlər görülmüş və  işçi personal qış şəraitinin iş rejimi ilə təlimatlandırılmışdır.

    Payız-qış mövsümünü mütəşəkkil keçirmək məqsədilə, QSC-nin xidmət göstərdiyi  yaşıllaşdırma sahələrində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.  Ağaclarda  budama  işləri vaxtında başa çatdırılmış, sahələrə gübrələr  verilmiş   bitkilərin  şaxtadan  mühafizəsi  üçün   görüləcək qabaqlayıcı tədbirlərin istiqamətləri müəyyən edilmişdir.

    Tədbirlər  planında nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  növbəti payız-qış  mövsümünü də uğurla başa vuracağına  etibarlı zəmin yaratmışdır. 

                              
 
 
 

 

tarix : 04.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.