ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də Belçikanın SİTA Remediation şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      Noyabrın 06-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində  Belçikanın  SİTA Remediation   şirkətinin  nümayəndələri  ilə  görüş  keçirilmişdir.  Görüşdə  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun   istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, eləcə də əlaqədar departament və şöbə rəisləri  iştirak etmişlər.

               “ Ekol  Mühəndislik Xidmətləri ” QSC-də Belçikanın  SİTA  Remediation 
                                      şirkətinin  nümayəndələri  ilə  görüş  keçirilmişdir
       
     Məzahir Hüseynov  qonaqları  salamlayaraq, SİTA Remediation  şirkətinin  nümayəndələri ilə əvvəlki görüşləri onlara xatırlatdı. O, qeyd etdi ki, çirklənmiş torpaqların  təmizlənməsi  QSC-nin fəaliyyətində əsas istiqamətlərindəndir və  bu sahədə yeni texnologiyaların əldə olunmasında  maraqlıdırlar. Odur ki, ümidvarıq ki, bu görüşdə   neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində yeni texnika və texnologiyalar haqqında maraqlı məlumatlar əldə ediləcək  əməkdaşlıq əlaqələri üçün zəmin yaranacaqdır.
     SİTA  Remediation  şirkətinin  market meneceri  Erdoğan  Aktepe  səmimi qəbula və görüşün keçirilməsi üçün yaradılan  əlverişli şəraitə görə QSC rəhbərliyinə öz minnətdarlığını  bildirdi. O qeyd etdi ki,  təmsil etdiyi  şirkət  çirklənmiş torpaqların yandırma üsulu ilə təmizlənməsi sahəsində tanınmış şirkətlərdən  biridir. Dünyanın bir çox ölkələrində bir sıra layihələri uğurla həyata  keçirmişlər.
     Sonra Erdoğan Aktepe görüş iştirakçılarını torpaqların yandırma üsulu ilə təmizlənməsi  haqqında  elektron məlumatlarla, aparılmış təcrübələrlə,  texnoloji proseslərlə tanış etmiş və bu barədə ətraflı məlumat vermişdir. Sonra  mövzu ətrafında geniş müzakirələr aparılmış və  bir sıra  məsələlərə aydınlıq gətirilmişdir.  
      Sonda   qərara  alınmışdır ki, təqdim edilən  texnologiyalarının  və  qurğuların səmərəliliyinin  öyrənilməsinə, həmçinin   gələcək əməkdaşlıq əlaqələrinin   istiqamətlərinin müəyyən edilməsinə ehtiyac vardır və bunun üçün qarşılıqlı səylər göstərilməlidir.
                              
 
 
 

 

tarix : 06.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.