ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar tədbirlər keçirilmişdir

     Noyabrın 07-də  "Ekol Mühəndislik Xidmətləri" QSC- nin xidmət sahələrində 9 noyabr-Dövlət Bayrağı günü  ilə əlaqədar tədbirlər keçirilmişdir.  Tədbirlərdə  çıxış edənlər  qeyd etmişlər ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın  9-da  Azərbaycan  Xalq  Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

     Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti  “ Azərbaycan  Respublikasının  Dövlət bayrağı  haqqında ” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
    1991-ci il oktyabrın 18-də “ Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa  etmişdir.
    Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.  Həmin ildən etibarən  hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı günü kimi qeyd olunur.
     Natiqlər müstəqil respublikamızın əsas dövlət atributlarından olan milli bayrağımızın  yaranma tarixindən, onun rəmzlərindən və müqəddəsliyindən  danışmış,  kollektivin  bütün  üzvlərini bu bayram  münasibətilə  təbrik etmişlər. Qeyd olunmuşdur ki, milli şərəfimizin simvolu olan bayrağımızı daima uca  tutmaq, gənc nəsildə bayrağımızın şərəf və ləyaqətini qorumaq,  məhəbbət hissi aşılamaq  hər bir vətəndaşın  borcudur.
     Tədbir iştirakçıları əminliklə  vurğulamışlar ki, Respublika Prezidenti İlham Əliyev cənablarının  apardığı məqsədyönlü tədbirlər nəticəsində tezliklə  doğma ərazilərimiz işğaldan azad olunacaq və üçrəngli bayrağımız  Qarabağ torpaqlarında  əzmlə  dalğalanacaqdır.
      Sonda  tədbir iştirakçılarına Dövlət Bayrağı günü haqqında video çarx nümayiş etdirilimişdir. 
                              
 
 
 

 

 

tarix : 07.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.