ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti cari ilin müvafiq dövründə müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir

        QSC-nin  Tullantıların Emalı Departamenti (TED) əvvəlki illərdə olduğu kimi 2014-cü  ilin  müvafiq dövründə də tullantıların idarə olunması sahəsində "Sifarişçi"  təşkilatlarla olan  müqavilə öhdəliklərinə  layiqincə əməl etmişdir. Cari ilin 10 ayı ərzində  TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan  7 milyon 640 min m3-dən çox sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər  nəticəsində formalaşan 10 min 175 tona qədər neftşlam  müasir qurğular vasitəsilə emal edilərək  zərərsizləşdirilmişdir.  TED-nin 7-ci sahəsində isə  (“Azərneftyağ” NEZ-nun  8-ci sexinin ərazisi)  9 milyon 463 min m3-ə qədər sənaye çirkab suları təmizlənmiş,  8 min 760 ton neftşlam  emal olunaraq  zərərsizləşdirilmişdir. Yanvar-oktyabr aylarında  "AAS-EKOL" MMC-dən  TED-nin 8-ci sahəsinə (Parafin sexinə) daxil  olan 133 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan  ayrılmışdır.

      2014-cü ilin müvafiq dövründə QSC-nin "Sifarişçi" təşkilatları  olan FHN-nin  Xəzər Hövzə  Qəza-xilasetmə xidməti, ARDNŞ-nin "Kompleks Qazma İşləri" Tresti,  "Azərbaycan  Xəzər Dəniz Gəmiçilik" QSC-nin Dəniz Neft Donanması,  “AA services”,  “AAS-ATE” MMC, “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, ARDNŞ-nin Ekologiya İdarəsi, Qaz Emalı Zavodu,  "Neftqaztikinti" Tresti   “AAS- Ekol” MMC və digər  təşkilatlardan qəbul edilmiş 61 min 600 ton; m3-dən çox  müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək   zərərsizləşdirilmişdir.
       Cari ilin müvafiq dövründə  TED tərəfindən ARDNŞ-nin "Azərneftyağ"   NEZ-nun  "Bakı Ağ Şəhər" layihəsi ərazisindəki istehsalat sahələrindən 2 min 880 m3-ə qədər sənaye-çirkab suları mexaniki qurğulara nəql edilərək təmizlənmişdir. ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin  Dübəndi İstehsalat Bölümündə  isə "axıntı sularının təmizlənməsi" məqsədilə mühəndislik  xidmətləri  göstərilmişdir.
       2014-cü ilin I yarısında TED-nin xidmət sahələrində  fasiləsizliyinin təmin edilməsi, göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə, TED-nin  xidmət sahələrində istismarda olan mexaniki  təmizləyici qurğularda profilaktiki təmir və abadlıq işləri aparılmış,  dekantor, trikantor və  "FOX-15" separator qurğularında  cari təmir işləri görülmüşdür.    
      TED tullantıların idarə olunması  sahəsində "Sifarişçi" təşkilatların  məmnunluğunun qazanılması   istiqamətində  məqsədyönlü  fəaliyyətini davam etdirir.
 
 
 
 

 

tarix : 12.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.