ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Milli Dirçəliş günü qeyd olunmuşdur

      Noyabrın 17-də  "Ekol  Mühəndislik  Xidmətləri" QSC-də Milli  Dirçəliş günü  ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər bu əlamətdar gün münasibətilə kollektivi təbrik etmiş və  Milli Dirçəliş gününün  tarixindən  və Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışlar.

     Qeyd olunmuşdur ki,  1988-ci ilin ilk   günlərində Ermənistanın Azərbaycana qarşı açıq  təcavüzü  başlandı. SSRİ-nin rəhbəri M. Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstəriş ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.
    Ermənilər azərbaycanlıları təkcə  deportasiya etmir, həm də onları cismən öldürür, diri-diri  yandırırdılar.  Tarixdə görünməmiş bu vandalizmə  M. Qorbaçov  və  onun  ətrafı  heç bir reaksiya  vermirdilər.  Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci  ilin fevralın əvvəllərində Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb  Ermənistana  birləşdirməsi haqqında məsələ  qaldırdılar. O  vaxtlar  nə Moskva,  nə də  ki, Azərbaycanın o vaxtkı  rəhbərliyi  baş verən hadisələr barədə heç  bir qəti tədbirlər görmək istəmirdilər.
    Belə olduqda,  Azərbaycan  xalqı  ayağa  qalxdı. Respublikanın hər yerindən insanlar axın-axın Bakıya  gəlir,  Azadlıq  meydanına   toplaşır, ermənilərin və Sovet  hökumətinin   belə münasibətinə qarşı mitinqlər  keçirir, öz etirazlarını bildirirdilər.
        1988-ci ilin noyabrın 17-də Bakının  əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan  ictimaiyyətinin  sonu  bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.  Buna baxmayaraq, Azərbaycan xalqının öz  azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı  hamılıqla  ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.  Xalq uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar  naminə  birlik və  bərabərliyini bir daha bütün dünyaya  nümayiş  etdirdi.
      Azərbaycanda bu hadisələr milli  azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin  istiqlaliyyət   qazanmasında əsas amil sayılır. 1992-ci ildən etibarən  17 Noyabr Milli Dirçəliş günü kimi qeyd olunur.  

 
 
 

 

 

tarix : 17.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.