ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC “ Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçısıdır

  Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “ Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə,  “ Bakı Ekspo Mərkəzi" də  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar ” 5-ci Yubiley Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 19-da öz işinə başlamışdır.

     Sərgi Azərbaycanın və xarici ölkələrin "təmiz" texnologiyalar bazarını təmsil edən,  habelə ekologiya, tullantıların  utilizasiyası və təmizlənməsi sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının  nümayəndələrini bir araya gətirmişdir.
     Sərgi iştirakçıları arasında neft sektorunun  aparıcı şirkətləri də var və onlar təbii resurslardan  səmərəli istifadə sahəsində  yeni texnologiyaları, habelə karbohidrogenlərin hasilatı və emalı zamanı  əhalinin  ekoloji təhlükəsizliyinin  təmin olunması üzrə həyata keçirdikləri  layihələrini təqdim edirlər. 5-ci Yubiley Beynəlxalq Ətraf  Mühit Sərgisində “ Ekol Mühəndislik Xidmətləri ” QSC də həyata keçirdiyi ekoloji layihələri və istehsalata tətbiq etdiyi müasir texnika və texnologiyaları əks etdirən  maraqlı stendi ilə iştirak edir.  QSC-nin stendi, xüsusilə İsveçin  “Alfa-Laval” şirkətinin istehsalı olan,  neftşlamı emal edən   modul dekantor qurğusunun maketi  sərgi iştirakçıları  tərəfindən  böyük  maraqla  izlənilir. 
    Sərgidə iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov da  QSC-nin stendi ilə  tanış olmuş, həyata keçirilən ekoloji layihələrlə maraqlanmışdır. Baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov  QSC-nin fəaliyyəti və icra olunan layihələr haqqında  H. Bağırova qısa məlumat vermişdir. 
    “ Xəzər: Ətraf Mühit üçün Texnologiyalar ” 5-ci Yubiley Beynəlxalq Ətraf  Mühit  Sərgisinin  üç gün davam edəcəyi  və  noyabrın  21-də başa çatacağı nəzərdə tutulmuşdur.
 
 
 
 

 

tarix : 19.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.