ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də Fransanın VEOLI şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      Noyabrın 19-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Fransanın VEOLIA  şirkətinin neft və qaz üzrə icraçı vitse-prezidenti Thierry Froment,  biznesin inkişafı üzrə meneceri  Mert Enver Çerpeş, Orta Asiya və Qafqaz  üzrə suların hazırlanması, təmizlənməsi və şirinləşdirilməsi   qurğularının kommersiya  direktoru  Olivier  Clausin   ilə  görüş  keçirilmişdir.  Görüşdə  QSC-nin baş direktorunun   istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, eləcə də əlaqədar departament və şöbə rəisləri  iştirak etmişlər.

       Məzahir  Hüseynov fransalı  qonaqları  səmimi  salamlayaraq, QSC-nin fəaliyyəti haqqında onlara qısa məlumat vermişdir.  O,  bu görüşdə çirkab və lay sularının  təmizlənməsi sahəsində yeni texnika və texnologiyalar haqqında maraqlı məlumatlar əldə ediləcəyinə və   əməkdaşlıq əlaqələri üçün zəmin yaranacağına  əminliyini bildirmişdir. Sonra söz qonaqlara təqdim olunmuşdur.
     Thierry  Froment  səmimi  qəbula və görüşün  keçirilməsi  üçün yaradılan əlverişli  şəraitə  görə  QSC rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.  Sonra Olivier  Clausin təmsil etdikləri VEOLIA  şirkətinin fəaliyyəti haqqında məlumatı və  texnoloji prosesləri əks etdirən video materialları görüş iştirakçılarına təqdim  etmişdir.
     O, bildirmişdir ki, VEOLIA  şirkəti  1853-cü ildə yaradılıb və dünyanın 66 ölkəsində  fəaliyyət göstərir. Şirkət  əsasən dünyada mövcud olan texnologiyalardan və  kompleks qurğulardan istifadə etməklə,  zəruri su ehtiyatlarının hazırlanması, sənaye-çirkab, lay,  məişət fekal suların  təmizlənərək yararlı hala gətirilməsi və dəniz suyunun şirinləşdirilməsi üzrə ixtisaslaşmışdır.
     Olivier  Clausin  su təmizləyici və şirinləşdirici zavodlar, qurğular və texnologiyalar  haqqındakı video materialları  görüş iştirakçılarına nümayiş etdirmiş və əsas texnoloji prinsipləri onlara izah etmişdir. Sonra  mövzu ətrafında geniş müzakirələr aparılmış və  bir sıra  məsələlərə aydınlıq gətirilmişdir.  Qeyd olunmuşdur ki,  VEOLIA  şirkəti  bu sahədə dünyanın bir çox ölkələrində uğurlu layihələr həyata keçirmişdir.
      Thierry  Froment  Azərbaycanda  neft-kimya sənayesi sahələrində sənaye-çirkab, lay və məişət fekal suların təmizlənməsi sahəsində layihələr həyata keçirməkdə  və bu sahədə "Ekol  Mühəndislik Xidmətləri" QSC ilə  etibarlı  bir partnyor kimi  əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir.
      Sonda Məzahir Hüseynov  maraqlı məlumatlara və təklifə  görə   fransalı  qonaqlara öz təşəkkürünü bildirmişdir.  Qərara alınmışdır ki,  şirkətlər ikitərəfli qaydada öz fəaliyyət sahələri ilə yaxından tanış olub, həyata keçiriləcək layihələr barədə  konkret  təkliflər təqdim  etsinlər.  Eləcə də tərəflər gələcək əməkdaşlıq əlaqələrinin qurulması  istiqamətində qarşılıqlı səylərini artırsınlar.
      Bununla da görüş qarşılıqlı anlaşma və işgüzar şəraitdə başa çatmışdır.
  

 
 

 

tarix : 20.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.