Xidmətlərimiz
|
|
|
|
"Abşeronneft" NQÇİ-nin mədən ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir
|
ARDNŞ-nin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq edilmiş tədbirlər planı çərçivəsində “ Ekol Mühəndislik Xidmətləri ” QSC "Azneft" İB ilə birgə reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıq sahələrinin salınması, genişləndirilməsi və aqrotexniki xidmətlərin keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
Hazırda payızın gəlişi ilə əlaqədar QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində, o cümlədən "Abşeronneft" NQÇİ nin mədən ərazilərində mövsümü işlər yerinə yetirilir, yeni sahələrdə əlavə ağaclar əkilir. "Abşeronneft" NQÇİ nin mədən ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə, "Azneft" İB-nin dəstəyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin əməkçiləri noyabr ayında 0.5 hektara qədər mədən ərazisində 24 ədəd həmişəyaşıl kol, 500 ədəd isə zeytun ağacı əkmişlər. QSC-nin xidmət sahələrində yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
tarix : 25.11.2014
|
|
|
|
|
|
|