ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Hollandiyanın "Nıjhuıs" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      Noyabrın 25-də, QSC-nin baş ofisində "Aqualink" şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə  Hollandiyanın  "Nıjhuıs" su texnologiyaları  şirkətinin  nümayəndələri ilə görüş keçirilmişdir. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, həmçinin "Aqualink" şirkətinin Azərbaycandakı  nümayəndəsi Orxan Mikayıl, "Nıjhuıs" şirkətinin Rusiya filialının rəhbəri Dmitriy Molokanov, şirkətin Ukraynadakı  regional nümayəndəsi Vladislav  Porjezinskiy və digər əlaqədar  mütəxəssislər görüşdə  iştirak etmişlər.  Rəşad İsmayılov  qonaqları salamlayaraq,  onlara  QSC haqqında qısa  məlumat vermiş və   sözü qonaqlara təqdim etmişdir.

      Orxan Mikayıl səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş və qonaqları təqdim edərək  görüşün məqsədi barədə iştirakçılara məlumat vermişdir. Sonra söz  suların təmizlənməsi texnologiyalarının  prezentasiyasını  keçirmək üçün "Nıjhuıs" şirkətinin nümayəndəsi Dmitriy  Molokanova təqdim olunmuşdur.
      Dmitriy Molokanov "Nıjhuıs" şirkətinin çirkab suların,  xüsusilə sənaye-çirkab axıntı sularının təmizlənməsi sahəsində   tanınmış  bir şirkət olaraq  100 ildən artıqdır ki,  fəaliyyət göstərdiyini iştirakçıların diqqətinə çatdırmışdır.  O, təmsil etdiyi şirkətin dünyanın bir çox ölkələrində, həmçinin MDB dövlətlərində və Azərbaycanda  analoji layihələrin uğurla həyata  keçirdiyini qeyd etmişdir. Dmitriy  Molokanov sənaye-çirkab axıntı sularının üç mərhələli sistemlə təmizlənməsi texnologiyaları, eləcə də  istifadə olunan qurğu və avadanlıqların iş prinsipi  haqqında video materialları görüş iştirakçılarına  təqdim etmiş və ətraflı izahat vermişdir.
      Sonra mövzu ətrafında geniş müzakirələr aparılaraq bir sıra texniki məsələlərə aydınlıq gətirilmiş və bu texnologiyaların "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrinə tətbiq edilməsinin  mümkün variantları barədə fikir mübadiləsi aparılmışdır.
      Sonda qərara alınmışdır ki, "Nıjhuıs" şirkətinin nümayəndələri QSC-nin Tullantıların Emalı Departamentinin  xidmət sahələrində olsunlar və mövcud şəraiti yerindəcə qiymətləndirərək konkret təkliflər  hazırlayıb təqdim etsinlər.
      Bununla da görüş  qarşılıqlı  anlaşma şəraitində başa çatmışdır.
 
 
 

 

tarix : 27.11.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.