ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC- də NALCO Champion şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      "Ekol  Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən olan sənaye-çirkab  suların təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, effektliyin artırılması  məqsədilə, yeni texnologiyaların  və kimyəvi  reagentlərin tətbiqi sahəsində  daimi axtarışlar aparılır, analoji  şirkətlərlə  əməkdaşlıq  əlaqələri yaradılır.

      Bu tədbirlər çərçivəsində  çirkab suların təmizlənməsində istifadə  olunan kimyəvi reagentlərin istehsalı sahəsində tanınmış NALCO  Champion şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun  SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament  və  şöbə rəisləri, həmçinin NALCO  Champion şirkətinin  Xəzər regionu üzrə  layihə meneceri  Melek Şenkya,  şirkətin Adminstrativ  meneceri  Namiq  Səfixanov görüşdə  iştirak etmişlər.  Rəşad İsmayılov  qonaqları salamlayaraq,  onlara  QSC haqqında qısa  məlumat vermiş və   sözü qonaqlara təqdim etmişdir.
     Melek  Şenkya təmsil etdiyi şirkətin fəaliyyəti, həyata keçirdiyi  layihələr və əməkdaşlıq əlaqələri barədə görüş iştirakçılarına məlumat vermiş, elektron  məlumatları onların  diqqətinə  çatdırmışdır. Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış, NALCO  Champion  şirkətinin  istehsalı olan reagentin "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahəsində sınaqdan keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
    Sonda qərara alınmışdır ki, NALCO Champion şirkətinin mütəxəssislərinin  iştirakı ilə  "Emulsotron SX 4283  reagentinin QSC-nin istehsalat sahəsində istismarda olan FOX-15 qurğusunda  sınağı  keçirilsin və konkret təkliflər hazırlansın.
 
 
 

 

 

 

tarix : 02.12.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.