ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətində Beynəlxalq İdarəetmə Sistemlərindən yararlanmağa böyük önəm verir

      Azərbaycanın Avropaya inteqrasiyası və dinamik inkişafı çərçivəsində respublikamızda  fəaliyyət  göstərən müəssisə və təşkilatların beynəlxalq standartlar  səviyyəsində  fəaliyyət  göstərməsi zamanın tələbidir. Bununla əlaqədar olaraq,  öz  fəaliyyətini  beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  də prioritet hədəflərindən biridir.  Ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC, hələ fəaliyyətinin ilk illərində TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini  bu standartların tələblərinə uyğun olaraq   qurmuşdur.

    Dünyanın qabaqcıl  təcrübələrinə maraq  göstərən, istehsalat sahələrinə ən müasir texnika və texnologiyaları tətbiq edən və daimi inkişafda olan  “ Ekol Mühəndislik Xidmətləri” QSC, beynəlxalq idarəetmə standartlarının digər  sahələrinin də mənimsənilməsi və bu standartların tələblərinə əməl olunması  məqsədilə  2012-ci  ildə  ISO-9001 Keyfiyyətin İdarəedilməsi Sistemlərinin və OHSAS 18001  Əməyin Mühafizəsi və Təhlükəsizliyin İdarəetmə Sistemlərini   qəbul etmiş və istehsalata tətbiqini uğurla davam etdirməkdədir.
     QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin (BİS) daha da dərindən mənimsənilməsi  və standartların tələblərinə  ciddi əməl olunması məqsədilə  təsdiq olunmuş qrafikə uyğun olaraq struktur bölmələrində vaxtaşırı maarifləndirmə tədbirləri, treninqlər və daxili auditlər  keçirilir. Aşkar olunmuş uyğunsuzluqlar müvafiq prosedura qaydaları ilə aradan qaldırılır. 
    "Ekol Mühəndislik Xidmətləri” QSC  BİS-nin istehsalata tətbiqi və inkişaf etdirilməsi sahəsində Türk Standartları İnstitutun ilə  də sıx əməkdaşlıq edir.

                

 
 
 

 

 

 

tarix : 25.12.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.