ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir

       Dekabrın  29-da  QSC-nin baş ofisində Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə   tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək  kollektivin bütün üzvlərini  bu əlamətdar günlər  münasibəti ilə  təbrik etmiş, onlara can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.

      Baş direktor çıxışına davam edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının yürütdüyü  məqsədyönlü daxili və xarici siyasət nəticəsində yola saldığımız 2014-cü il respublikamız üçün uğurlu olmuş, bütün sahələrdə yadda qalan nailiyyətlər əldə  olunmuşdur. Yeni ildə ölkəmizin  bütün sahələrdə daha böyük qələbələr qazanması üçün hərtərəfli zəmin yaranmışdır.  Bu il "Ekol Mühəndislik Xidmətləri" QSC üçün də uğurlu olmuş, qarşıya qoyulan vəzifələrə layiqincə  əməl edilmişdir. Hər birinizin peşəkarlığınıza və  əməksevərliyinizə  arxalanaraq ümid edirəm ki, növbəti ildə də təsisçilərimizin  qarşımızda qoyduğu  vəzifələrin  yüksək səviyyədə həyata keçirilməsinə nail olacağıq.
     Tədbirdə  baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, İqtisadiyyat və Uçot İdarəsinin  rəisi Əli Bağış, baş direktorun məsləhətçisi Kamil Akimov  və başqaları çıxış edərək tədbir iştirakçılarını, eləcə də kollektivin hər bir üzvünü  Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü və Yeni il bayramı münasibətilə təbrik etmişlər.
     Çıxışlarda qeyd olunmuşdur ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan  millətinin birlik şüarının simvolik günü olmaqla  23 ildir ki, dünyanın       70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən   böyük təntənə ilə qeyd olunur. Bu bayram dünyanın 50 milyonluq azərbaycanlılarının  birlik və bərabərlik təntənəsi olmaqla, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla  əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Odur ki,  respublikamızın bütün sahələrdə güclü, inkişaf etmiş bir ölkəyə çevrilməsi üçün qüvvələrimizin birləşdirilməsi və  qarşımızda duran vəzifələrin şərəflə yerinə yetirməsi istiqamətində səylərimizi daha da artırmalıyıq.
      Bununla da Dünya  Azərbaycanlılarının  Həmrəylik  gününə və Yeni il bayramına həsr edilmiş tədbir başa çatmışdır.
 

 
 

tarix : 29.12.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.