ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların Emalı Departamenti 2014-cü ildə tullantıların idarə olunması sahəsində yüksək səviyyəli xidmətlər göstərmişdir

   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən olan,  tullantıların  emal edilməsi və zərərsizləşdirilməsi  layihələrini həyata keçirən Tullantıların Emalı Departamenti (TED) 2014-cü ildə də "Sifarişçi" məmnunluğunun qazanılmasına nail olmuş və ili  yüksək göstəricilərlə  başa  vurmuşdur.

     Ötən il TED-nin  6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)   BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan  8 milyon 648 min m3-dən çox sənaye çirkab sularını təmizləmiş və texnoloji proseslər  nəticəsində formalaşan  11 min 783 tona qədər neftşlam  müasir texniki vasitələrlə emal edilərək  zərərsizləşdirilmişdir.  TED-nin 7-ci sahəsində isə  (“Azərneftyağ”   NEZ-nun  8-ci sexinin ərazisi)  11 milyon 366 min m3-ə qədər  sənaye çirkab suları təmizlənmiş, 10 min tondan çox neftşlam  emal olunaraq  zərərsizləşdirilmişdir.  İl ərzində TED-nin 8-ci sahəsindəki Parafin sexində (Heydər Əliyev adına   BNEZ-nun 9-cu sexinin ərazisi) "AAS EKOL" MMC-dən   daxil  olan   167 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan  ayrılmışdır.
      Eyni zamanda, 2014-cü ildə QSC-nin ayrı-ayrı "Sifarişçi" təşkilatla bağladığı müqavilələrə əsasən, ARDNŞ-nin "Kompleks Qazma İşləri" Trestindən, "Neftqaztikinti" Trestindən, Ekologiya İdarəsinin,  Fövqəladə Hallar Nazirliyinin  Xəzər Hövzə Qəza - xilasetmə xidmətindən, "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC-nin Dəniz Neft Donanmasından, "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, "AAS-EKOL" MMC-dən, AAS-ATE MMC-dən, AA services-dən, Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin Biləcəri Yuma- buxarlanma stansiyasından  "Az Metanol Ko" MMC-dən, "İnter Qaz Servis" MMC-dən və digər təşkilatlardan 70 min m3/tondan çox müxtəlif tərkibli çirkab suların, mədən axıntı sularının, işlənmiş yağların, ərsin parafininin, neftşlamın daşınması,  təmizlənməsi və utilizasiyası təmin edilmişdir. ARDNŞ-nin "Azərneftyağ" NEZ-nun  Bakı Ağ Şəhər layihəsi ərazisindəki  gölməçələrində yığılmış  2 min 880 m3 qədər  sənaye-çirkab suları nəql edilərək təmizlənmişdir.
      TED əvvəlki illərdə olduğu kimi,  2014-cü ildə də istehsalatın fasiləsizliyinin təmin edilməsi,  həmçinin ətraf mühitin mühafizəsi  təmin edilməklə göstərdiyi mühəndislik xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində zəruri və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Bu məqsədlə TED-nin 6-cı və 7-ci  sahələrində mexaniki və modul  təmizləyici qurğularda profilaktiki təmir işləri aparılmış, 2 çökdürücü göl çöküntülərdən təmizlənərək təkrara istismara verilmişdir.
      TED 2015-ci ildə də tullantıların yüksək səviyyədə  idarə edilməsi sahəsində QSC-nin qarşısında  duran vəzifələrin  icrasını  əzmlə davam etdirir.
 

tarix : 07.01.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.