ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2014-cü ildə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin fəaliyyəti qənaətbəxş olmuşdur

        Neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpası layihələrini icra edən "Ekol Mühəndislik  Xidmətləri" QSC-nin  Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  2014-cü ildə də məqsədyönlü  fəaliyyət  göstərmiş və "Sifarişçi" təşkilatların müqavilə  öhdəliklərinə  layiqincə əməl etmişdir.

      Ötən il ərzində TRD  tərəfindən "Azərneftyağ" NEZ-nun  "Bakı Ağ Şəhər" layihəsi  ərazisində  yerləşən  istehsalat  sahələrindən 662 min 398 m3 neftlə  çirklənmiş  torpaqların  daşınması təmin edilmişdir.  İl ərzində TRD-nin 1-ci  və 3-cü sahələrinin əməkçiləri ARDNŞ-nin  Qaz  Emalı  Zavodunun ərazisində 11min ədəd,  H.Z. Tağıyev adına  NQÇİ-nin mədən ərazisində 6 624 ədəd,  “Abşeronneft” NQÇİ-nin mədən ərazisində  18 304 ədəd, "BibiHeybətneft" NQÇİ-nin mədən  ərazisində  49 012 ədəd,   müxtəlif  növ ağac və bəzək kollarına  aqrotexniki xidmətlər göstərmişlər.  Yaşıllıq sahələrində  mövsümi  işlər  yerinə yetirilmiş, bitkilərin  normal inkişafı üçün məqsədyönlü tədbirlər görülmüşdür.       
      2014-cü ildə "Azneft" İB-nin  yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi və  mövcud sahələrin genişləndirilməsi  tədbirlər  planı  çərçivəsində  TRD kollektivinin yaxından iştirakı ilə  ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində  2 200 ədəd, "Abşeronneft" NQÇİ-nin mədən ərazilərində (Pirallahı qəsəbəsi) 4 124 ədəd,  "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində 1000 ədəd, H.Z. Tağıyev adına    NQÇİ-nin mədən ərazisində   isə  1 800 ədəd    zeytun,  sərv, eldar  şamı  ağacları və dekorativ bəzək kolları əkilmişdir.     
      Yaşıllıq sahələrinin bərpası  məqsədilə, ting ehtiyatının artırılması üçün  "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində fəaliyyət göstərən TRD-nin  3-cü sahəsində  2013-cü ildə tikilib istifadəyə verilmiş 320 m2 -lik  istixanada 8 minə qədər  akasiya, həmişəyaşıl oleyandr, iydə və s. ağacların   toxumları əkilərək  aqrotexniki  xidmətlər  göstərilmiş və normal  bitiş  alınmışdır.  Hazırda bu işlər davam etdirilir  və gözlənilən nəticələrin əldə olunması üçün   zəruri  tədbirlər  həyata  keçirilir.    
     Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamenti qış mövsümündə  xidmət göstərdiyi yaşıllıq sahələrindəki ağacların  mühafizəsi və cari ilin yaz mövsümünə   hazırlıq işlərini  uğurla davam etdirir.
 

tarix : 12.01.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.