ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamenti 2014-cü ili uğurla başa vurmuşdur.

        QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2014-cü ildə də fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış və laboratoriya  xidmətləri göstərmişdir.

        Ötən ildə müqaviləyə əsasən,  EMD  tərəfindən ARDNŞ-nin  "Kompleks Qazma İşləri" Tresti  və  “Azneft”  İB-nin “28 May” NQÇİ-nin, “Neft Daşları” NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin, N.Nərimanov adına  NQÇİ-nin, həmçinin "AzGerneft" MMC-nin və "Balakhanı Operatinq Company LTD" Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində dövrü monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin dəniz və quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Monitorinq zamanı müşahidə materialları ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müvafiq təkliflər verilmişdir. Yerinə yetirilən ekoloji monitorinq işləri  zamanı müəssisələrdə formalaşan 390-dan çox axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin  nəticələrindən asılı olaraq axarların fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Müşahidə məlumatları əsasında  rüblər üzrə 28-ə qədər hesabat hazırlanaraq  “Sifarişçi”  təşkilatlara  təqdim  edilmişdir.
2014-cü ildə EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi tərəfindən  müqavilə əsasında 14 təşkilat üçün 19 ekoloji normativ-texniki sənədlər (Ekoloji Pasport, Atmosferə Atıla Bilən Tullantı Həddi Normativləri Layihəsi, , Buraxıla Bilən Axıntı Həddi Normativləri Layihəsi Təhlükəli Tullantıların İnventarlaşdırılması və Pasportlaşdırılması, Su Təsərrüfatı Pasportu) işlənib hazırlanmış və müvafiq qaydada təsdiq olunaraq  sifarişçilərə  təhvil verilmişdir.
Hesabat ili ərzində EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) 1791 nümunə üzərində 5 969 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır.  KTL-da il ərzində neftşlamın zərəsizləşdirilməsi, sənaye axıntı suyunun və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə təqdim olunmuş bir sıra reagentlər tətbiq edilməklə laborator sınaqları aparılmış və  müvafiq hesabatlar tərtib edilmişdir. 
 Ötən il KTL-də istifadə edilən cihaz və avadanlıqlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Təcrübə-sınaq Mərkəzi tərəfindən növbəti yoxlamadan keçirilmiş, ekoloji monitorinq işlərinin daha geniş miqyasda aparılması məqsədi ilə səs-küy və vibrasiyanı ölçən yeni avadanlıq (SVAN 979) alınıb istifadəyə verilmişdir.
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün struktur bölmələri  əhatə edilməklə, 2014-cü ilin fevral-mart aylarında İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) daxili auditi keçirilmişdir. Audit zamanı 22 uyğunsuzluq aşkar edilmiş və standartların tələblərinə uyğun proseduralarla qısa zamanda   aradan qaldırılmışdır. Eyni zamanda təsdiq edilmiş qrafikə uyğun mövzular üzrə əməkdaşların ekoloji və digər sahələrdə biliklərinin artırılması sahəsində  maarifləndirmə tədbirləri  həyata keçirilmişdir. Ötən ilin aprel ayında isə Türk Standartları İnstitutunun auditorları tərəfindən İnteqrə edilmiş menecment sistemlərinin üçüncü tərəf auditi keçirilmiş və QSC-də beynəlxalq idarəetmə standartlarının tətbiqi yüksək qiymətləndirilmişdir.
 2014-cü ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan 1,3  tona qədər  tullantı növlər üzrə çeşidlənərək ARDNŞ-in  Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilmişdir.
QSC-nin Ekoloji Monitorinq Departamenti yüksək səviyyəli xidmətlərin göstərilməsi və "Sifarişçi" məmnunluğunun əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.
 
 
 

tarix : 16.01.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.