ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2014-cü ildə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında Nəqliyyat sexinin xüsusi rolu olmuşdur

       Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də  Nəqliyyat sexi üzərinə düşən vəzifələri  vaxtında və keyfiyyətlə yerinə yetirmiş,  sexin  minik və yük avtomobilləri, eləcə də xüsusi texnikaları vasitəsilə   QSC-nin  həyata keçirdiyi ekoloji layihələrin icrasında  yaxından iştirak edərək  öz layiqli tövhələrini vermişdir.

      Ötən il ərzində "Suraxanı Oyl Opereyşn  Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin  mədən ərazilərindən  lilsovuran avtomobillər vasitəsi ilə 28 121 m3  mədən axıntı  suları,  "Azərbaycan Xəzər Dəniz Gəmiçilik"  Dəniz  Neft  Donanmasının ərazisindən  2 119 m3 döşəməaltı lyal  axıntı suları, Ekologiya İdarəsinin  ərazisindən  55 m3  neftli, kimyəvi tərkibli suları, ARDNŞ Neftqaztikinti trestinin ərazisindən 121 m3  axıntı çirkab suları və BibiHeybət Gəmi Təmiri Zavodu ərazisindən 180 m3 neftlə çirklənmiş suların daşınması həyata keçirilmişdir.
     QSC-nin Torpaqların  Rekultivasiyası  Departamentinin (TRD) xidmət göstərdiyi H.Z. Tağıyev adına NQÇİ-nin (Qala sahəsi)  yaşıllıq sahəsində "Ekskovator MST" markalı texnika ilə 1000 ədəd ağac yeri qazılmış, bu sahəyə və "Abşeronneft" NQÇİ-nin (Pirallahı sahəsi) yaşıllıq sahəsinə 30 m3 torpaq , 30 m3  isə peyin daşınmış, 0.5 hektar ərazi şumlanmışdır.
      2014-cü ildə "Belarus MTZ-892" markalı texnika ilə 1.5 hektar ərazi hamarlanmış,   6 m3  alaq və 1 200 ədəd ağac tingləri daşınmışdır. "Ekskovator MST-542" və "Buldozer Keyz" markalı texnikalarla 250 ədəd ağac yeri qazılmış, 150 metr uzunluğunda kanal qazılmış, 8 m3 peyin daşınmışdır.
     Nəqliyyat sexinin istifadəsində olan özüboşaldan  Kamaz  markalı nəqliyyat vasitələri ilə "BibiHeybət" NQÇİ-nin mədən  ərazisinə 15 m3  peyin, 300 ədəd ağac, 5 m3  torpaq daşınmışdır. "Qaz 3302-18"  markalı  yük  avtomobili ilə TRD-nin inzibati binasına (Zığ qəsəbəsi) BibiHeybət və Qala sahələrinə lazımi yüklərin daşınması həyata keçirilmişdir. Heydər Əliyev adına BNEZ və "Azərneftyağ" NEZ-in ərazilərində istismarda olan  dekantor qurğularının fəaliyyəti nəticəsində formalaşan  torpaqlar"Belarus Mur-351" və  "Buldozer keyz" markalı traktorlarla özüboşaldan nəqliyyat vasitələrinə yığılaraq xüsusi ərazilərə daşınmışdır.
      Nəqliyyat sexi texniki vasitələrlə   QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən olan  ətraf mühitin qorunması və ekoloji yönümlü  işlərin  yerinə yetirilməsində də yaxından iştirak etmişdir. Bu məqsədlə TRD-nin BibiHeybət və Qala sahələrində xidmət göstərdiyi yaşıllıqların suvarılmasına texniki dəstək göstərilmişdir. Yay mövsümündə bu sahələrin su təchizatının yaxşılaşdırılması üçün "Ford Truck 1826D" markalı avtomobillə TRD-nin inzibati binasının ərazisinə   3 700 m3,  Bakı Ağ Şəhər layihəsi  ərazisinə 20 m3 , Dübəndi terminalına  isə 150 m3 su daşınmışdır..
      Hər il olduğu kimi,  ötən ildə də  Nəqliyyat sexindəki  nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsinin  artırılması  istiqamətində  məqsədyönlü  tədbirlər həyata keçirilmişdir.  İl ərzində nəqliyyat vasitələrinin mövsümü rejimdə işləməsi üçün lazımı ehtiyat hissələri və yanacaq sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş, yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə  təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər görülmüş,  sürücülərə  vaxtaşırı  təlimatlar keçirilmişdir.
     Nəqliyyat sexinin  kollektivi  2015-ci ildə də  öz fəaliyyətini  QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə  həyata keçirilməsi məqsədi ilə  yüksək səviyyəli texniki xidmətlərin  göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
 
 

 

tarix : 22.01.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.