ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexanika sexi 2014- cü ildə yüksək səviyyəli texniki xidmətlər göstərmişdir

       Xidmət  sahələrində fasiləsizliyin və texniki təhlükəsizliyin  təmin edilməsi,  istismarda olan  qurğu və avadanlıqların daimi işlək vəziyyətdə olması,  xidmət sahələrinin  fasiləsiz olaraq elektrik enerjisi, su, təbii qaz və hava ilə təchizatı  QSC-nin həyata keçirdiyi ekoloji layihələrin kəmiyyət və keyfiyyətini şərtləndirən  əsas amillərdəndir. Bunu  nəzərə  alan QSC-nin Elektromexanika  sexinin kollektivi əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də QSC-nin fəaliyyət sahələrində yüksək səviyyəli xidmətlər göstərmiş və  peşəkarlıq nümayiş etdirmişlər.

      2014-cü ildə Elektromexanika sexi tərəfindən  Tullantıların Emalı Departamentinin  6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) istismarda olan dekantor qurğusunun (Alfa-Laval)  bütün nasosları dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. A-2 qəza anbarından  dekantor və trikantor ("Pieralisi") qurğularına  şlamın ötürülməsi üçün  təzə nasos qoyulmuş, anbarın içərisində 7m uzunluğunda və 4m hündürlüyündə estakada quraşdırılmışdır. Trikantor qurğusundakı istilikdəyişdirici nasoslara pəncərələr açılmışdır. 95/3 çökdürücü gölün  üzərinə  27 ədəd  (2 m x 6 m ölçüdə) metal ayaqaltılar yığılmışdır.

     Ötən il  Elektromexanika sexinin məqsədyönlü fəaliyyəti nəticəsində  QSC-nin xidmət sahələrində istismara yararsız metal elektrik-güc  yeşikləri yeni plastik yeşiklərlə əvəz edilmiş və içərisi yenidən yığılmışdır.  6-cı sahənin  2-ci sənaye axarındakı 15 və 21 saylı  nasosların çıxış xətti  təzələnmişdir. A-2 qəza anbarında fəaliyyət göstərən Draqlayn  xüsusi texnikasının ayaqaltıları üçün  metal meydançalar (4 m x 6 m ölçüdə )  düzəldilmişdir. "Çiller" isitmə və soyutma  sisteminin nasosxanasına əlavə olaraq  620 m uzunluğunda yeni qaz xətti çəkilmişdir.

     İl ərzində QSC-nin xidmət sahələrinə məqsədli və yüksək səviyyəli texniki xidmətlər göstərilmiş  Elektromexanika sexi,   hazırda texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin  keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətini əzmlə davam etdirir.

 
 
 

 

tarix : 29.01.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.