ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2014-cü ildə QSC-nin fəaliyyət sahələrinin texniki təhlükəsizliyi və əməyin mühafizəsi yüksək səviyyədə təmin edilmişdir

        Texniki təhlükəsizlik şöbəsinin (TTŞ) məqsədyönlü fəaliyyəti nəticəsində əvvəlki illərdə  olduğu kimi, 2014-cü ildə də  QSC-nin xidmət sahələrinin texniki  təhlükəsizliyi və əməyin mühafizəsi  yüksək səviyyədə təmin edilmişdir 

        Ötən il TTŞ tərəfindən  struktur  bölmələrinin işçi heyətlərinə  ilkin yanğınsöndürmə vasitələrindən istifadə  qaydaları  mövzusunda nəzəri və praktiki məşğələlər keçirilmiş, mütəmadi olaraq qazanxanaların qaz boru xətlərində kipliyin yoxlanılması və aktlaşdırılması  aparılmışdır.  İstifadə müddəti bitməmiş, istehsalat prosesi zamanı yararsız vəziyyətə düşmüş, fərdi mühafizə vasitələri müvafiq komissiya tərəfindən aktlaşdırılaraq yenisi ilə əvəz olunması həyata keçirilmişdir. QSC-nin xidmət sahələri  sarğı və dərman vasitələri ilə təmin olunmuşdur.
      2014-cü ildə,  hər rüb "yanğın texniki komissiyası"nın iclası keçirilmiş, xidmət  sahələrində  yanğına  qarşı görülən tədbirlərin  vəziyyət müzakirə olunmuş, aşkarlanmış  uyğunsuzluqlar akt və protokollarda öz əksini tapmışdır. TTŞ tərəfindən Mülki Müdafiə üzrə Nizami rayon MM şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq MM qüvvələrinə dərslər keçirilmişdir. QSC-də 1 mart Ümumdünya Mülki Müdafiə günü qeyd edilmiş və rəhbər heyəti iştirak etmişdir. Qəzanın ləğvetmə planı hazırlanmış və qrafikə uyğun dərslər keçirilmişdir. MM dərslərində işçilərə qəza hallarında davranış qaydaları və qəzanın planlı surətdə aradan qaldırılması haqqında məlumatlar verilmişdir. İstirahət və bayram günlərində işlərin təhlükəsiz aparılmasına nəzarət məqsədi ilə gücləndirilmiş iş rejiminə keçilmiş və işçilərin növbətçiliyə cəlb olunması məqsədi ilə müvafiq qrafiklər hazırlanaraq tətbiq edilmişdir.
      Ötən il  əməyin mühafizəsi ilə bağlı prezentasiyaların hazırlanması üçün materiallar toplanmış, əməyin mühafizəsi kabinetində dərs qrafikinə uyğun dərslər və prezentasiyalar keçirilmişdir. Bütün xidmət sahələrində çalışan işçilərə “Elektrik təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri görülmüşdür. İl ərzində  OHSAS-18001 tələblərinə uyğun olaraq  xidmət  sahələrində auditlər aparılmış,  aşkar edilmiş uyğunsuzluqlar qısa zamanda aradan qaldırılmışdır.  Yeni işə qəbul edilmiş işçilərə giriş təlimatları verilmiş və şəxsi kartoçkalar tərtib edilmişdir. Sahələrdə təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə müvafiq reydlər aparılmış və aşkarlanmış uyğunsuzluqlar qeydə alınaraq müvafiq tədbirlər görülmüşdür.  
      2014-cü ildə QSC-də  çalışan işçilər  yay və qış fərdi mühafizə vasitələri ilə təmin olunmuş, sahələrdə istifadəyə yararsız odsöndürən balonlar yeniləri ilə əvəz edilmiş, tələb olunan təhlükəsizlik plakatları  alınaraq  aidiyyəti üzrə yerləşdirilmişdir. Tullantıların Emalı Departamentinin və Elektromexanika sexinin işçilərinə il ərzində qəzanın ləğvetmə planına  uyğun  praktik  məşğələlər keçirilmiş, qış və yay mövsümünə uyğun görüləcək işlərin tədbirlər planı hazırlanmış və icrasına nəzarət təmin olunmuşdur. Mütəmadi olaraq "AAS-Ekol" MMC-dən  qəbul edilmiş tullantıların qeydiyyatının aparılması, aylıq və illik hesabatın hazırlanması həyata keçirilmişdir.
     Texniki təhlükəsizlik şöbəsi 2015-ci ilədə də QSC-nin xidmət sahələrinin texniki təhlükəsizliyinin  beynəlxalq standartlar səviyyəsində təmin edilməsi, əməyin mühafizəsi və qəza hallarının qarşısının alınması istiqamətində fəaliyyətini  səylə davam etdirir.
  
 
 
 

 

tarix : 30.01.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.