ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 2 fevral ümumrespublika Gənclər günü ilə əlaqədar tədbir keçirilmişdir

 Fevralın 2-də QSC-də ümumrespublika Gənclər günü münasibətilə, kollektivin fəal gənclərinin və rəhbərliyin nümayəndələrinin iştirakı ilə  tədbir keçirilmişdir. Tədbirdə QSC-nin  baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov,  baş direktorun məsləhətçisi  Kamil  Akimov  və  İctimai sosial şöbənin rəisi, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev  çıxış etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Ulu öndər bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.  Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.
 Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan  gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
 Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı “Gənclərin Məşğulluq sammiti”nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib.
 Ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir. Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir.
 Əminliklə vurğulanmışdır ki,  Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
 Tədbirin sonunda "Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan  bir neçə fəal gəncə YAP-nın üzvlük vəsiqələri, bir nəfərə isə  respublikamızın ictimai-siyasi həyatındakı fəal iştirakına görə YAP Nizami rayon təşkilatının Fəxri Fərmanı təqdim olunmuş və Gənclər gününə həsr olunmuş video çarx nümayiş etdirilmişdir. 
   

 
 

tarix : 02.02.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.