ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Bakı Dövlət Universitetinin tələbələri “Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalat təcrübəsi keçirlər

       Hər il respublikamızda fəaliyyət göstərən ayrı-ayrı  ali təhsil müəssisələrinin tələbələri "Ekol Mühəndislik Xidmətləri" QSC-də də istehsalat təcrübəsi keçirlər. 2015-ci ildə də  bu ənənə davam etdirilir. Bakı Dövlət Universiteti rəhbərliyinin müraciətinə əsasən, QSC-nin baş direktorunun müvafiq əmri ilə  yanvar ayının 26-dan  həmin universitetin "Ekologiya və torpaqşünaslıq" fakültəsinin IV-cü kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. İstehsalat təcrübəsinin keçirilməsi QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi, peşəkar mütəxəssis Şahabiddin Albuşova həvalə edilmiş,  təcrübənin səmərəli və effektiv keçməsi üçün tələbələrə  lazımı  şərait yaradılmışdır.

     Universitet tələbələrinin öz ixtisaslarına yiyələnməsi və bacarıqlı bir mütəxəssis kimi yetişməsi məqsədilə, yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən yararlanma,  təhsil müəssisələrində əldə olunmuş elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi sahələrinin müəyyən edilməsi, eyni zamanda təcrübi biliklərə marağın artırılması  istehsalat təcrübəsi proqramının əsas istiqamətləri kimi müəyyən edilmişdir.
       İstehsalat təcrübəsinin  proqramına əsasən, hazırda Şahabiddin Albuşov  tələbələrə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti haqqında  geniş məlumat verməklə yanaşı, onları sənaye-çirkab, axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması və aqrotexniki xidmətlərin göstərilməsi qaydaları,  eləcə də  texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış edir.  Eyni zamanda, tələbələr QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasında çirklənmiş torpaqlar, neftşlam, sənaye-çirkab, axıntı və lay suları nümunələri üzərində aparılan fiziki-kimyəvi analitik təhlillərin metodikaları və istifadə olunan reagentlərlə  praktiki olaraq  tanış edilir və sınaq təcrübələri keçirilir. İstehsalat təcrübəsinin fevralın 15-dək davam etdirilməsi nəzərdə tutulur.
      Ali təhsil müəssisələrində   təhsil alan  tələbələrin ekoloji  maarifləndirilməsinə, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsinə və  gənc nəslin təcrübi biliklərinin artırılmasına dəstək olmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyətinin  prioritet  istiqamətlərindən  biridir və bu sahədə daimi  məqsədyönlü tədbirlər həyata keçirilir. 
  
  
 
 

tarix : 04.02.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.