ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də beynəlxalq standartlar üzrə daxili audit keçirilir

      "Ekol Mühəndislik  Xidmətləri"  QSC öz fəaliyyətini beynəlxalq standartlara  uyğunlaşdırmaqla yanaşı, bu standartların tələblərinə əməl olunması məqsədilə davamlı və zəruri  tədbirlər  həyata  keçirir. Bu tədbirlər çərçivəsində  TS EN İSO 9001 Keyfiyyətin idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin  və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun  təsdiq etdiyi qrafikə  əsasən fevralın 3-dən başlayaraq struktur bölmələrində növbəti daxili auditin  keçirilməsinə  start  verilmişdir.

      İdarəetmə sisteminin   mövcud qanunvericiliyinə, daxili qaydalara və idarəetmə prinsiplərinə, keyfiyyət, ekologiya, təhlükəsizlik norma və qaydalarına uyğunluğunun  və səmərəliliyinin  müstəqil yoxlama sistemi olan daxili audit, "Daxili audit" prosedurasının  tələblərinə  əsasən  həyata  keçirilir.

      Daxili auditin keçirilməsinə QSC-nin auditor sertifikatı olan təcrübəli  mütəxəssisləri cəlb edilmişdir. Proqrama uyğun, obyektiv faktlara əsaslanaraq keçirilən audit zamanı müvafiq sənədləşmələr aparılır və aşkar edilmiş uyğunsuzluqların qısa zamanda aradan qaldırılması məqsədilə müvafiq  proseduralar  tövsiyə  edilir.

      Qrafikə əsasən QSC-nin bütün struktur bölmələri əhatə edilməklə keçirilən daxili audit mart ayının 17-dək davam edəcəyi nəzərdə tutulur.  Sonda hər bir bölmə üzrə auditin yekun hesabatı hazırlanaraq QSC-nin rəhbərliyinə  təqdim olunacaqdır.

    

 

tarix : 19.02.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.