ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin fəaliyyət sahələrində əməyin mühafizəsinə xüsusi diqqət yetirilir

      “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində  işçi personalının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və davamlı olaraq  bu istiqamətdə  məqsədyönlü  tədbirlər həyata keçirir.

     Beynəlxalq təcrübədən yararlanaraq, həmçinin OHSAS 18001 standartlarının tələblərinə əməl edilərək ötən illərdə və 2015-ci ilin müvafiq dövründə QSC-nin  fəaliyyət sahələrində sağlam və təhlükəsiz  əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının  alınması, əmək şəraitinin  davamlı olaraq  yaxşılaşdırılması  sahəsində zəruri tədbirlər görülmüşdür. Məhz bu tədbirlərin nəticəsidir ki, QSC-nin fəaliyyət sahələrində heç bir  bədbəxt hadisə və qəza halları baş verməmişdir.
     Təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının  alınması  məqsədilə,  QSC-nin  bütün fəaliyyət sahələri lazımı təlimatlarla, izahedici və xəbərdaredici plakatlarla, eləcə də, yanğın təhlükəsizliyi üçün zəruri vasitələrlə təmin edilmişdir. Texniki təhlükəsizlik şöbəsi vaxtaşırı olaraq xidmət sahələrində  monitorinqlər aparmış,   müəssisədə çalışan işçilərə  mütəmadi olaraq təlimatlar  və treninqlər keçmişdir.
     QSC-nin  bütün  xidmət  sahələrində, əməyin  mühafizəsinə  nəzarət gücləndirilmiş  və yeni nəzarət sistemi yaradılmışdır.  İşçilərin  mövsümə  uyğun fərdi mühafizə vasitələri və xüsusi  geyimlərlə təmin edilməsi  məsələləri operativ olaraq  həll olunmuşdur. İnsanların və dövlət əmlakının yanğından mühafizəsinin təmin edilməsi məqsədilə  sahələr  bütün zəruri avadanlıqlarla təchiz edilmişdir. QSC-nin Tullantıların emalı departamentinin xidmət sahələrində  yanğından mühafizə sistemləri yenidən qurulmuşdur.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində sağlam və təhlükəsiz əmək şəraitinin davamlı təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
 
 

tarix : 20.02.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.