ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
      Fevralın 26-da  “Ekol  Mühəndislik  Xidmətləri ” QSC- nin baş ofisində və xidmət  sahələrində  Xocalı  Soyqırımının  23-cü il  dönümü ilə əlaqədar  geniş tədbir  keçirilmiş, faciə qurbanlarının əziz  xatirəsi böyük ehtiramla yad edilmişdir.

     Tədbirdə giriş sözü ilə çıxış edən  QSC-nin baş direktoru Ramil Əliyev qeyd etmişdir ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı, erməni şovinist-millətçilərinin  azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə siyasətinin davamı, tarixin qara səhifəsidir. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın  yaxından köməkliyi ilə Xocalıya soxulub şəhəri tamamilə yandırdılar. Xocalını zəbt etmiş erməni təcavüzkarları 613 dinc  sakini, o cümlədən  106  qadını, 63 uşağı,  və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıqla və işgəncə ilə qətlə yetirdilər,  1275 nəfəri isə əsr götürdülər. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı, əslində erməni təcavüzkarlarının  yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayəti, bəşəriyyətə  yönəldilmiş qəddarlıq təcəssümü idi.
     Ramil Əliyev çıxışına davam edərək bildirmişdir ki,  Xocalı soyqırımından 23 il ötməsinə baxmayaraq, bu faciənin  ildönümü hər il daha geniş  miqyasda qeyd olunur, fəlakət qurbanlarının  xatirəsi əziz tutulur. Lakin hadisələr göstərir ki,  bu gün erməni millətçiləri hələ  də özlərinin  bədnam və çirkin  niyyətlərindən əl çəkməyiblər,  tarix qarşısındakı cinayətlərini ört-basdır etmək məqsədilə müxtəlif vasitələrlə tarixi saxtalaşdırmağa əl atır, öz  xeyirlərinə yazmağa  cəhd göstərirlər. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud  şəkildə pozulması ilə nəticələnən Xocalı soyqırımına hələ də  beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar qəbul olunmalıdır.
    Tədbirdə baş direktorun  məsləhətçisi Kamil Akimov, İqtisadiyyat və Uçot İdarəsinin  rəisi Əli Bağış,  İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və başqaları öz çıxışlarında Xocalı faciəsinin Ermənistanın Dağlıq Qarabağı  işğal etmək məqsədi ilə apardığı işğalçılıq  müharibəsinin gedişində, dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin  miqyasına görə ən dəhşətlisi olduğunu vurğulamışlar.  Təəssüf hissi  ilə bildirmişlər ki, 1992-ci ilin mayından 1993-cü ilin iyununadək hakimiyyətdə olmuş  səriştəsiz qüvvələr Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişlər.
   Xocalı soyqırımının  beynəlxalq müstəvidə tanıdılması  və erməni faşizminin  ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndərimizin təşəbbüsü ilə   1994-cü il fevralın  24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya  dövlətlərinə bu  qətliamın  gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti  erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
    Çıxış  edənlər qətiyyətlə  vurğulamışlar ki,  qəddar üsullarla dinc insanları kütləvi  qırğına məruz qoyan erməni millətçiləri tarix qarşısında öz çirkin əməllərini ört  basdır etməyə çalışsalar da, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən  düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Beynəlxalq təşkilatlar bu qanlı faciəyə hüquqi qiymət verməlidir. Xocalı Soyqırımı  xalqımızın ümummilli faciəsi olmaqla yanaşı,  Azərbaycan xalqının öz milli azadlığı uğrunda  keçdiyi şərəfli mübarizə yolu kimi də yaddaşlara həkk olunmuşdur.
     Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edilmiş,  soyqırımı əks etdirən video görüntüləri böyük ürək ağrısı və hiddətlə izlənmişdir. QSC-nin xidmət sahələrində də Xocalı soyqırımının  23-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, stendlər quraşdırılmış və stendlərin önünə tər çiçəklər  düzülmüşdür.
          
 
 
   

                                                

tarix : 26.02.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.