ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümünə hazırlıq işlərini davam etdirir

     ARDNŞ-nin  fəaliyyət  sahələrində  ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair təsdiq edilmiş  tədbirlər  planı  çərçivəsində  “Ekol Mühəndislik  Xidmətləri” QSC "Azneft" İB-nin  neftqazçıxarma  idarələrinin  mədən  ərazilərində  xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsi və aqrotexniki xidmətlərin keyfiyyətinin  artırılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.

     Hazırda sahələrdə yaz mövsümünə hazırlıq işləri  yerinə yetirilir.  Ağaclar budanır, dibləri boşaldılır və sahələr alaq otlarından təmizlənir. Bitkilər üçün lazım olan üzvi,  mineral gübrələr, münbit torpaq və  peyin  tədarük edilir. Qrunt sularının axıdılması üçün sahələrə  əlavə  arxlar çəkilir və digər qabaqlayıcı tədbirlər görülür.
     Bu işləri həyata keçirən QSC-nin Torpaqların Rekultivasiyası  Departamentinin (TRD) istixanalarında yaşıllıq sahələrinin bərpası məqsədilə yetərincə müxtəlif növ ağac və  bəzək kollarının  tingləri  yetişdirilmişdir. Əlverişli hava şəraitində bu tinglərdən istifadə etməklə,  qurumuş və zəif inkişaf etmiş ağac və kolların bərpası həyata keçiriləcəkdir.
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin TRD hazırda ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində  11 min ədəd,  "Azneft" İB-nin  "Abşeronneft" NQÇİ-nin mədən ərazisində 13 min 524 ədəd, "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində 45 min 207 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin  mədən ərazisində  isə 4 min 420 ədəd, ümumilikdə 74 min 151 ədəd  müxtəlif  növ ağac və bəzək kollarına aqrotexniki  xidmətlər  göstərilir.
     QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümünə hazırlıq işləri  yüksək templə   davam etdirilir.
   
          
 
 

tarix : 04.03.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.