ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Türkiyənin AKGİRİŞİM şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
       "Ekol Mühəndislik Xidmətləri" QSC sənaye-çirkab, axıntı və lay  sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, effektliyinin artırılması məqsədilə nanotexnologiyaların axtarışı və istehsalata tətbiqi  istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir. Bu məqsədlə dünyanın  bir çox analoji  şirkətləri ilə görüşlər keçirilir və   əməkdaşlıq əlaqələri yaradılır.

        Bu tədbirlər çərçivəsində  növbəti görüş martın 3-də QSC-nin baş ofisində Türkiyənin AKGİRİŞİM Kontrakt, Konsaltinq və Ətraf  Mühit Texnologiyaları  A.Ş. şirkətinin nümayəndələri ilə keçirilmişdir. Görüşdə  QSC-nin  baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, əlaqədar departament və şöbə rəisləri,  eləcə də AKGİRİŞİM şirkətinin baş direktorunun müavini Ahmet H. Maraşlı, təklif və kontrakt müdiri Ahmet  Karataş və COOLMORE ALLIANCE L.P şirkətinin prezidenti Vüqar Quliyev  iştirak etmişlər.
       Baş direktor  Ramil Əliyev qonaqları səmimi  salamlayaraq, onlara "Ekol Mühəndislik Xidmətləri" QSC  haqqında qısa məlumat verdikdən sonra söz qonaqlara təqdim olundu.
       Ahmet H.Maraşlı səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi və təmsil etdikləri şirkət haqqında  görüş iştirakçılarına məlumat verdi. O qeyd etdi ki,  Akkök Holdinqin  iri təsisçiləri tərəfindən yaradılmış  AKGİRİŞİM şirkəti  uzun illərdir ki,  fəaliyyət göstərir və Türkiyənin  qabaqcıl  inşaat şirkətlərindən biridir və dünyanın bir çox ölkələrində müxtəlif layihələr həyata keçirir. Şirkət  sənaye  və mədəni-məişət obyektlərinin eləcə də  yaşayış binalarının  tikintisi, kimya sənayesi  ilə yanaşı, bir sıra mühəndislik  xidmətlərinin göstərilməsi, həmçinin  çirkab-axıntı sularının təmizlənməsi və dəniz suyunun şirinləşdirilməsi kimi fəaliyyət sahələri ilə də məşğuldur.
       Ahmet H. Maraşlı bildirdi ki, bu görüşün əsas məqsədi AKGİRİŞİM şirkətinin çirkab-axıntı sularının təmizlənməsi texnologiyaları və istehsal etdikləri kimyəvi reagentlər haqqında   "Ekol Mühəndislik Xidmətləri" QSC-ni məlumatlandırmaqdan  və bu sahədə əməkdaşlıq etməkdən ibarətdir. Sonra o çirkab-axıntı sularının təmizlənməsi texnologiyaları və istehsal etdikləri kimyəvi reagentlər haqqında elektron məlumatları görüş iştirakçılarına təqdim etdi.
Görüş iştirakçıları  tərəfindən mövzu ətrafında geniş müzakirələr aparıldı və sual doğuran məsələlərə aydınlıq gətirildi.
       QSC-nin baş direktoru Ramil Əliyev maraqlı məlumatlara və təklifə görə AKGİRİŞİM şirkətinin nümayəndələrinə təşəkkürünü bildirdi. O, eyni zamanda qeyd etdi ki,  təklif olunan reagentlərin    QSC-nin xidmət sahələrinə  tətbiq olunması üçün öncə ikitərəfli araşdırmalar aparılmalı və konkret nəticələr əldə edilməlidir.  Yalnız bundan sonra əməkdaşlıq əlaqələrinin mümkün variantlarını müzakirə etmək olar.
       Sonda qərara alındı ki, AKGİRİŞİM şirkətinin nümayəndələri QSC-nin  sənaye-çirkab, axıntı  sularını təmizləyən xidmət sahələri ilə əyani tanış olsunlar. Uyğun reagentlərin aşkar edilməsi üçün bu suların  mövcud analitik təhlil materialları  əsasında öz laboratoriyalarında  sınaqlar keçirərək  növbəti görüş üçün konkret təkliflər paketi hazırlasınlar.
      Bununla da görüş qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.
           
 
 

tarix : 05.03.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.