ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində fasiləsizliyin və keyfiyyətin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji layihələrin kəmiyyət və keyfiyyəti bilavasitə xidmət sahələrində istismarda olan qurğu və avadanlıqların  saz vəziyyətdə olması və reqlamentə uyğun istismar edilməsindən asılıdır.

       Odur ki, QSC-nin xidmət sahələrində fasiləsizliyin təmin edilməsi, qurğu və avadanlıqların istismar müddətinin artırılması, həmçinin texnoloji proseslərin ətraf  mühitə mənfi  təsirinin azaldılması  məqsədi ilə  ardıcıl tədbirlər həyata keçirilir.
       Cari ildə də bu tədbirlər davam etdirilir. Xüsusilə Tullantıların Emalı  Departamentinin (TED) xidmət sahələrində sənaye-çirkab, axıntı sularının təmizlənməsi, eləcə də neftşlamın emalı və zərərsizləşdirilməsində istifadə olunan dekantor, trikantor və mexaniki təmizləyici qurğularda vaxtaşırı profilaktiki və əsaslı təmir işləri yerinə yetirilir. Zəruri hallarda nasaz nasoslar və ehtiyat hissələri yenisi ilə əvəz edilir. Bu işlər TRD-nin və Elektromexanika sexinin mütəxəssisləri  tərəfindən həyata keçirilir.
     Bununla yanaşı, qurğuların tam gücü ilə istismar olunması və səmərəliliyin artırılması məqsədilə, dekantor qurğusunun istehsalçısı İsveçin "Alfa-Laval" və trikantor qurğusunun istehsalçısı İtaliyanın “Pieralisi” şirkətlərinin mütəxəssisləri vaxtaşırı olaraq dəvət edilərək, məsləhətləşmələr aparılır və texniki dəstək göstərilir. Bu günlərdə də italiyalı mütəxəssislər QSC-də olmuş və separator qurğusunda olan nasazlıq aradan qaldırılaraq istismara verilmişdir.
      QSC-nin xidmət sahələrində istismarda olan qurğu və avadanlıqların fasiləsiz və məhsuldar istismarı istiqamətində tədbirlər davam etdirilir.            
 
 
 
 

tarix : 12.03.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.