ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir

       Martın 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində  Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edən QSC-nin baş Direktoru Ramil Əliyev bu bayramın tarixindən və milli-mənəvi dəyərlərindən danışaraq qeyd etmişdir ki, xalqımızın  özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin  əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir. Bu bayram  tarixin ən çətin  anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam  duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən  Novruz günlərində ölkəmizin  hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.

     Ramil Əliyev bildirmişdir ki, sovet ideologiyasının tüğyan  etdiyi dövrlərdə bu bayrama qadağalar qoyulsa da, xalqımız adət-ənənəsini  yaşatmağı bacarmışdır. Əsrlər boyu hər bir azərbaycanlı ailəsində yaşanan  Novruz bayramı respublikamızın müstəqillik əldə etməsi ilə artıq neçə illərdir ki,  dövlət səviyyəsində  böyük təntənə ilə qeyd olunur.
    Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, bütövlük və yaşam  gücü ilə qidalandıran  fenomen kimi qiymətləndirmişdir. Bu  milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev  cənabları tərəfindən də aydın  və birmənalı şəkildə təsdiq olunmuşdur.
    Bu günlərdə Novruz şənlikləri ölkəmizin hər yerində, eləcə də soydaşlarımızın yaşadığı müxtəlif xarici ölkələrdə  geniş şəkildə qeyd edilir. Bu mərasimlərdə yaranan  xoş ünsiyyət insanları bir-birinə daha da yaxınlaşdırır. Hər bir soydaşımızda milli mənlik şüurunu,  azərbaycançılıq hisslərini və duyğularını gücləndirir.
     Çıxışının sonunda  Ramil Əliyev QSC-nin  kollektivini   Novruz  bayramı münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, bol ruzi-bərəkət və işlərində müvəffəqiyyətlər arzulamışdır. Tədbirdə çıxış edən baş direktorun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov, İqtisadiyyat və uçot idarəsinin rəisi Əli Bağışov və başqaları da  kollektivin bütün üzvlərini bayram münasibətilə təbrik edərək onlara xoş arzularını bildirmişlər.
 
 
 
 
 
 

tarix : 19.03.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.