ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilmişdi

    Bu gün Azərbaycan tarixində  öz faciəsi, fəlakəti və qüssəsinin böyüklüyü ilə yadda qalan "31 mart- Azərbaycanlıların Soyqırımı Günü"dür . Azərbaycan Respublikasının Prezidenti,  ulu öndər  Heydər Əliyevin 26 mart 1998-ci il tarixli  fərmanı  ilə "31  mart-Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və həmin ildən başlayaraq, hər il bu unudulmaz tarixi gün dövlət səviyyəsində qeyd edilir. "Ekol Mühəndislik Xidmətləri" QSC-də də hər il   bu tarixi gün münasibəti ilə tədbirlər keçirilir və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Bu il də “31mart-Azərbaycanlıların  Soyqırımı  Günü” ilə əlaqədar QSC-də tədbir keçirilmişdir.

         Tədbirdə çıxış edənlər erməni millətçilərinin şovinist siyasətini və xalqımıza qarşı törətdikləri vəhşilikləri hiddətlə pisləmişlər. Qeyd olunmuşdur ki, tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırımı siyasəti nəticəsində soydaşlarımız öz doğma yurdlarından didərgin salınmışlar.
      Natiqlər qeyd etmişlər ki, ötən əsrin  əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız  soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə  genişlənmiş və  onların Azərbaycan  xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, Irəvan quberniyasında və ölkənin digər ərazilərində on minlərlə  azərbaycanlıların  amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin  talan edilərək dağıdıldığını sübut edir.
     Xüsusilə vurğulanmışdır ki, 1918-ci ilin yazında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi, istərsə də siyasi  baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Azərbaycanlıların soyqırımı 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan  bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Bu tarixi hadisələri və onların dərslərini unutmamaq, gənc nəsli vətənpərvərlik və mübarizlik ruhunda tərbiyə etmək isə hər bir azərbaycanlının  müqəddəs borcudur.
      Tədbirdə soyqırımı qurbanlarının  əziz xatirələri  bir dəqiqəlik sükutla yad olunmuş, faciəni əks etdirən video çarx nümayiş edilmişdir.
 
 
 
 
 
 

tarix : 31.03.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.