ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də iməcilik keçirilmişdir

      Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Ətraf mühitin mühafizəsi üzrə 2015-cü ilin Tədbirlər Planı"na uyğun olaraq, yaz mövsümi ilə əlaqədar Şirkətin bütün fəaliyyət sahələrində iməciliklərin  keçirilməsinə başlanmışdır.

     Aprelin 4-də ARDNŞ- in təşkilatçılığı ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisindəki yaşıllıq  sahəsində  şirkətin rəhbərliyinin və çoxsaylı kollektivinin nümayəndələrinin iştirakı ilə iməcilik keçirilmişdir. İməcilikdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də iştirak etmişdir. Bu tədbirlər “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində 2700 ədədə qədər müxtəlif  növ ağac əkilmişdir. “Ekol Mühəndislik Xidmətləri” QSC- də iməcilikdə fəal iştirak etmişdir.
      Bununla yanaşı, aprelin 4-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün  xidmət sahələri də əhatə olunmaqla iməciliklər keçirilmiş, abadlıq və təmizlik işləri aparılmış, sahələr alaq otlarından təmizlənmiş və tullantılar ərazidən kənarlaşdırılmışdır. Eyni zamanda, QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin əməkçiləri “Azneft”      İstehsalat Birliyinin neftqazçıxarma idarələrinin mədən ərazilərində xidmət etdikləri   yaşıllıq  sahələrinə  aqrotexniki  xidmətlər  göstərmişlər.
     Yaz mövsümi ilə əlaqədar, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində  iməciliklərin  aprel ayının növbəti şənbə günlərində də keçirilməsi nəzərdə tutulmuşdur.
 
 
 
 
 
 

tarix : 04.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.