ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Beynəlxalq İdarəetmə Sistemləri üzrə xarici auditi keçirilir

 "Ekol Mühəndislik Xidmətləri" QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin (BİS) tələblərinə əməl olunması və bu standartların dərindən mənimsənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xidmətlər BİS-nin prosedura qaydalarına uyğun olaraq göstərilir və dövrü olaraq aparılan daxili auditlər nəticəsində  aşkar edilmiş uyğunsuzluqların qısa zamanda aradan qaldırılması üçün  qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, BİS-nin tələblərinə əməl olunmasının  düzgünlüyünün  yoxlanılması  məqsədilə  nəzərdə tutulmuş vaxtlarda   üçüncü tərəf (xarici) auditləri keçirilir.

 Aprelin 6-da Türk Standartları İnstitutunun tədqiqçiləri tərəfindən QSC-də növbəti  xarici auditin keçirilməsinə  başlanmışdır. Bununla əlaqədar olaraq aprelin 6-da, QSC-nin mərkəzi ofisində auditin açılış toplantısı keçirilmişdir. Toplantıda QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri, departament və şöbə rəisləri, həmçinin Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçisi Səlim Çelebi,  auditorlar Sərvət  Atayetər  və Tuncay Çimen, iştirak etmişlər.
 QSC-nin Baş direktoru Ramil Əliyev TSE-nin təmsilçilərini səmimi salamlayaraq  ötən dövr  ərzində  BİS-nin  tələblərinə uyğun olaraq görülmüş işlər barədə onlara ətraflı məlumat vermiş və bu sahədə əldə olunan uğurlardan danışmışdır. Baş direktor qeyd etmişdir ki, ötən auditlər nəticəsində aşkar olunmuş uyğunsuzluqların qısa zamanda aradan qaldırılması  üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
 TSE-nin Azərbaycan təmsilçisi Səlim Çelebi səmimi qəbula görə minnətdarlıqlarını  bildirmiş və qeyd etmişdir ki, "Ekol Mühəndislik Xidmətləri" QSC Azərbaycanda İSO 9001, İSO 14001 və OHSAS 18001 Beynəlxalq  İdarəetmə Sistemlərini qəbul edən və onun tələblərini uğurla həyata keçirən nümunəvi şirkətlərdən biridir. O, Beynəlxalq Standartlar sahəsində QSC-də görülən işlərdən və əvvəlki auditlərin nəticələrindən razı qaldıqlarını  vurğulayaraq, keçiriləcək növbəti auditin də  müsbət nəticələrlə başa çatacağına əminliyini bildirmişdir.
 Baş direktor Ramil Əliyev TSE-nin təmsilçilərinə uğurlar arzulamış, auditin şəffaf və işgüzar şəraitdə  keçməsi üçün hərtərəfli şərait yaradıldığını qonaqların diqqətinə çatdırmışdır.
 TSE təmsilçilərinin üçüncü tərəf auditinin QSC-nin struktur bölmələri əhatə olunmaqla, aprel ayının 6-dan 9-dək keçirilməsi nəzərdə tutulmuşdur.
 
 
 

tarix : 06.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.